Günel Ağayeva: “Bundan sonra Nohurqışlaq bələdiyyəsinin ərazisində əhalini narahat edən kəndarası yollar olmayacaqdır”
“Qəbələ
rayonu Nohurqışlaq bələdiyyəsi qəbul edilmiş proqram çərçivəsində ərazini əhatə
edən yaşayış məntəqələrində kəndarası
yollar abadlaşdırılır. Hazırda Nohurqışlaq və Tüntül kəndlərinin yollarına çınqıl döşənərək qrederlə
yayılımış və yollarda bərkitmə işləri
aparılmışdır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri
Günel Ağayeva deyib.
Sədr
qeyd edib ki, sırada bələdiyyə ərazisində olan Yengicə kəndidir. Yaxın günlərdə bu ərazidə də
kəndarası yollarda abadlıq işləri aparılacaqdır.
Sədr bildirib
ki, əhali payızın, qışın yağışlı-qarlı, yayın toz-torpaqlı günlərində olmazın əzab-əziyyət
çəkirdi. Artıq bu əziyyətlər sona çatmaq üzrədir.
Beləcə,
bundan sonra Nohurqışlaq bələdiyyəsinin ərazisində əhalini narahat edən kəndarası yollar olmayacaqdır.
Sədr sonda
kənd sakinlərini Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili
münasibəti ilə təbrik edərək, bələdiyyə tərəfindən bundan sonra da kənd sakinlərini narahat edən
məsələlərin həllinə daha diqqətlə yanaşılacağını, seçicilərə isə səs verdikləri bələdiyyəyə vergilərini
vaxtında ödəməklə etimadı bundan sonra da göstərməyi arzulamışdır.
Belediyye.info
Rəylər
0 Rəy