Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-12-2025 , 20:32

2062

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Günel Ağayeva: “Bundan sonra Nohurqışlaq bələdiyyəsinin ərazisində əhalini  narahat edən  kəndarası yollar olmayacaqdır”


“Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsi qəbul edilmiş proqram çərçivəsində ərazini əhatə edən yaşayış məntəqələrində  kəndarası yollar abadlaşdırılır. Hazırda Nohurqışlaq və Tüntül  kəndlərinin yollarına çınqıl döşənərək qrederlə yayılımış və yollarda  bərkitmə işləri aparılmışdır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Günel Ağayeva deyib.

Sədr qeyd edib ki,    sırada bələdiyyə ərazisində olan  Yengicə kəndidir. Yaxın günlərdə bu ərazidə də kəndarası yollarda abadlıq işləri aparılacaqdır.

Sədr bildirib ki, əhali payızın, qışın yağışlı-qarlı, yayın toz-torpaqlı günlərində olmazın əzab-əziyyət çəkirdi. Artıq bu əziyyətlər sona çatmaq üzrədir.

Beləcə, bundan sonra Nohurqışlaq bələdiyyəsinin ərazisində əhalini  narahat  edən kəndarası yollar olmayacaqdır.

Sədr sonda kənd sakinlərini Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə təbrik edərək, bələdiyyə tərəfindən  bundan sonra da kənd sakinlərini narahat edən məsələlərin həllinə daha diqqətlə yanaşılacağını, seçicilərə  isə səs verdikləri bələdiyyəyə vergilərini vaxtında ödəməklə etimadı bundan sonra da  göstərməyi arzulamışdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz