Deputat və bələdiyyə sədri "Yaşıldərə"də vətəndaşlarla birgə görüş keçirib
Sumqayıt şəhər Yaşıldərə yaşayış massivində yerləşən Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbində vətəndaşlarla görüş və qəbul keçirilib.
Görüşdə
Milli Məclisin deputatı Mehriban Vəliyeva və Sumqayıt Bələdiyyəsinin sədri Adil
Xudadatov, eləcə də aparat əməkdaşları iştirak ediblər.
Vətəndaş
qəbulunda Yaşıldərə yaşayış massivinin sakinləri fəal iştirak edərək onları
narahat edən sosial və infrastruktur problemlərini diqqətə çatdırıblar.
Qəbul
zamanı sakinlər əsasən yolların abadlaşdırılması və təmiri, mülkiyyət
hüquqlarının sənədləşdirilməsi, elektrik enerjisi, içməli su və qaz təchizatı
ilə bağlı mövcud çətinliklər barədə müraciətlərini səsləndiriblər. Eyni zamanda
məşğulluq, sosial təminat və kommunal xidmətlərin keyfiyyəti ilə bağlı məsələlər
də qaldırılıb.
Millət
vəkili Mehriban Vəliyeva vətəndaşların müraciətlərini diqqətlə dinləyərək hər
bir məsələnin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını
bildirib. O, sakinlərin sosial rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin
əsas prioritetlərindən biri olduğunu vurğulayıb və qaldırılan problemlərin
müvafiq dövlət qurumları ilə birgə nəzarətdə saxlanılacağını qeyd edib.Yaşıldərə
qəsəbəsinin Sumqayıt şəhərinin təsdiq edilmiş Baş planında nəzərdə tutulduğunu
qeyd edib.Qəsəbənin Baş planda yer alması,ərazidə mövcud sosial və
infrastruktur problemlərinin dövlət proqramları və müvafiq büdcə mexanizmləri çərçivəsində
mərhələli şəkildə həllinə hüquqi və planlaşdırma əsası yaradır.Bu da gələcək mərhələlərdə
qəsəbəyə yönəlik layihələrin icrası üçün müvafiq maliyyə vəsaitlərinin
ayrılmasını mümkün edir.
Sumqayıt
Bələdiyyəsinin sədri Adil Xudadatov isə bələdiyyənin səlahiyyətlərinə aid olan
məsələlərlə bağlı konkret addımların atılacağını, xüsusilə də yol
infrastrukturu və abadlıq işlərinin mərhələli şəkildə həyata keçiriləcəyini
bildirib. O, sakinlərlə birbaşa ünsiyyətin problemlərin operativ həlli
baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Qəbul
zamanı səsləndirilən müraciətlərin bir qismi yerindəcə izah və tövsiyələrlə
cavablandırılıb, daha ətraflı araşdırma tələb edən məsələlər isə nəzarətə
götürülərək aidiyyəti qurumlara yönləndirilib. Görüşün sonunda vətəndaşlar
problemlərinin dinlənilməsindən məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, bu cür vətəndaş qəbulları əhalinin müraciətlərinin vaxtında öyrənilməsi və həlli məqsədilə mütəmadi olaraq keçirilir və ictimaiyyətlə dövlət qurumları arasında əlaqələrin gücləndirilməsinə xidmət edir.
Rəylər
0 Rəy