Seymur Həsənov: “Bələdiyyənin üzləşdiyi əsas problem ərazidə hüquqi statusu bəlli olmayan əmlakın çıxarışının olmamasıdır”
“Bu gün ölkəmizdə davamlı inkişaf və iqtisadi dayanıqlılığın təmin olunması istiqamətində ciddi işlər, irihəcmli layihələr icra edilməkdədir. Həyata keçirilən layihələrə az da olsa, Badamdar bələdiyyəsi olaraq bizdə öz töhfəmizi verməyə çalışırıq. Şəffaflığın təmin edilməsi, vergiödəyiciləri ilə bələdiyyənin vergi xidməti arasında qarşılıqlı etimadın yüksəldilməsi hazırda Badamdar bələdiyyəsinin əsas hədəfləri hesab edilir”- bu fikirləri Səbail rayonu Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov bildirib.
Sədr qeyd
edib ki, cari ildə Badamdar bələdiyyəsinin
vergi xidməti orqanının sistemli fəalyyəti
sayəsində büdcə gəlirlərində 27 faizlik artım müşahidə olunub.
2024-cü
ilin doqquz ayı ərzində bələdiyyənin büdcə gəlirlərinin həcmi 367.700
manat təşkil etmişdirsə, bu rəqəm artıq
cari ilin doqquz ayı ərzində 465.500 manat təşkil edib. Ümumilikdə 97.800
manatlıq artım olub.
Vergi xidməti
orqanı tərəfindən bələdiyyə vergi-uçot sistemi daim təkmilləşdirilir. Artıq ərazidə
9.354 vergi ödəyicisinin 10.124 vergi obyekti
haqqında məlumat BAMS-a yerləşdirilib.
Bununla
yanaşı BAMS-ın Əmlak Məsələləri Dövlət
Xidmətinin məlumat sisteminə inteqarsiya edilməsi bələdiyyəyə əlavə stimul verib. Əldə edilən
maliyyə vəsaitinin artımında “inteqrasiya”nın rolu əvəzsizdir. İnteqrasiya nəticəsində
cari ildə 3263 əmlakın çıxarışı əldə
olunmuş və vergiyə cəlb olunmuşdur.
Sədr görüşdə qeyd edib ki, büdcə gəlirlərinin artımının hesabına qəsəbə ərazisində bələdiyyə tərəfindən həyata keçirilən layihələrin həm həcmi, həm də keyfiyyəti artıb.
Əldə
olunan uğurlardan biri də mehmanxana rüsumlarının artım ilə bağlıdır. Belə ki, ərazidə
hazırda fəaliyyətdə olan 13 mehmanxananın rəsmiləri ilə fərdi görüşlər
keçirilmiş və hər biri vergiyə cəlb edilmişdir.
Məhz bu
addımların sayəsində mehmanxana rüsumunun həcmi dörd dəfəyədək artıb. Əgər ötən il 2500 manat əldə edilmişdirsə,
cari ilin müvafiq dövründə bu rəqən 10.200 manatı keçib.
Bələdiyyənin
üzləşdiyi əsas problem isə ərazidə hüquqi statusu bəlli olmayan əmlakın
olmasıdır. Məhz belə bir vəziyyət onları vergiyə vəlb etməyi mümkünsüz edir.
Bununla
yanaşı BAMS-ın möbil notariat sisteminə inteqrasiya edilməsi məsələsi sürətlənmiş
olsa bələdiyyənin büdcə gəlirlərində ciddi şəkildə artıma nail ola bilərik.
Görüşdə
iştirak edən Badamdar bələdiyyəsinin sədr
müavini Samir Məmmədov, bələdiyyənin vergi xidmətinin rəhbəri Vidadi Məlikov və “Bələdiyyələrin fəaliyyətinin təbliği”
İctimai birliyin sədri Vüqar Tofiqli bələdiyyəni narahat edən məsələlərə öz
fikir və mülahizələrini bildiriblər.
Belediyye.info
Rəylər
0 Rəy