Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-10-2025 , 22:13

1221

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Həsənov: “Bələdiyyənin üzləşdiyi əsas problem ərazidə hüquqi statusu bəlli olmayan əmlakın çıxarışının  olmamasıdır”

“Bu gün ölkəmizdə  davamlı inkişaf və iqtisadi dayanıqlılığın təmin olunması istiqamətində ciddi işlər, irihəcmli layihələr icra edilməkdədir. Həyata keçirilən layihələrə az da olsa, Badamdar bələdiyyəsi olaraq bizdə öz töhfəmizi verməyə çalışırıq. Şəffaflığın təmin edilməsi, vergiödəyiciləri ilə bələdiyyənin  vergi xidməti arasında qarşılıqlı etimadın yüksəldilməsi hazırda Badamdar bələdiyyəsinin əsas hədəfləri hesab edilir”- bu fikirləri Səbail rayonu Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov bildirib.

Sədr qeyd edib ki,  cari ildə Badamdar bələdiyyəsinin vergi xidməti orqanının sistemli  fəalyyəti sayəsində büdcə gəlirlərində 27 faizlik artım müşahidə olunub.

2024-cü ilin doqquz ayı ərzində bələdiyyənin büdcə gəlirlərinin həcmi 367.700 manat  təşkil etmişdirsə, bu rəqəm artıq cari ilin doqquz ayı ərzində 465.500 manat təşkil edib. Ümumilikdə 97.800 manatlıq artım olub. 

Vergi xidməti orqanı tərəfindən bələdiyyə vergi-uçot sistemi daim təkmilləşdirilir. Artıq ərazidə 9.354 vergi ödəyicisinin 10.124 vergi obyekti  haqqında məlumat  BAMS-a  yerləşdirilib.

Bununla yanaşı BAMS-ın Əmlak  Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqarsiya edilməsi  bələdiyyəyə əlavə stimul verib. Əldə edilən maliyyə vəsaitinin artımında “inteqrasiya”nın rolu əvəzsizdir. İnteqrasiya nəticəsində cari ildə  3263 əmlakın çıxarışı əldə olunmuş və vergiyə cəlb olunmuşdur.

 Sədr görüşdə  qeyd edib ki,  büdcə gəlirlərinin artımının hesabına qəsəbə ərazisində  bələdiyyə tərəfindən həyata keçirilən layihələrin həm həcmi, həm də keyfiyyəti artıb.

Əldə olunan uğurlardan biri də mehmanxana rüsumlarının artım ilə bağlıdır. Belə ki, ərazidə hazırda fəaliyyətdə olan 13 mehmanxananın rəsmiləri ilə fərdi görüşlər keçirilmiş və hər biri vergiyə cəlb edilmişdir.

Məhz bu addımların sayəsində mehmanxana rüsumunun həcmi dörd dəfəyədək artıb.  Əgər ötən il 2500 manat əldə edilmişdirsə, cari ilin müvafiq dövründə bu rəqən 10.200 manatı keçib.

Bələdiyyənin üzləşdiyi əsas problem isə ərazidə hüquqi statusu bəlli olmayan əmlakın olmasıdır. Məhz belə bir vəziyyət onları vergiyə  vəlb etməyi mümkünsüz edir.

Bununla yanaşı BAMS-ın möbil notariat sisteminə inteqrasiya edilməsi məsələsi sürətlənmiş olsa bələdiyyənin büdcə gəlirlərində ciddi şəkildə artıma nail ola bilərik.

Görüşdə iştirak edən  Badamdar bələdiyyəsinin sədr müavini Samir Məmmədov, bələdiyyənin vergi xidmətinin rəhbəri Vidadi Məlikov və  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri Vüqar Tofiqli bələdiyyəni narahat edən məsələlərə öz fikir və mülahizələrini bildiriblər.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər