Suraxanı RİH-də keçirilən tədbirdə bələdiyyə sədrləri də iştirak edib
Suraxanı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 oktyabr – Müstəqilliyin bərpası günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Rayon İcra Hakimiyyəti
başçısının müavinləri, şöbə müdirləri, qəsəbə inzibati ərazi dairələri üzrə
nümayəndələr, bələdiyyə sədrləri, idarə rəhbərləri iştirak ediblər.
Tədbirin
əvvəlində Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik
sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, 18
oktyabr – Müstəqilliyin bərpası gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Rayon
İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək dövlət müstəqilliyimizin əhəmiyyətindən,
Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlər barədə
danışıb və qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və
müdrik uzaqgörənliyi sayəsində dağılmaq və parçalanmaqdan xilas olan Azərbaycan
məhz Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində
durmadan inkişaf etməklə daha da güclənib, beynəlxalq birliyin layiqli üzvünə,
regionun qüdrətli lider dövlətinə çevrilib. Bunun nəticəsi olaraq İlham
Əliyevin rəhbərliyi altında dövlətimizin suverenliyi tam bərpa olunub.
Suraxanı RİH
Rəylər
0 Rəy