Ruhin Orucov: “BAMS-ın tezliklə elektron notariat sisteminə qoşulması nəticə etibari ilə büdcə gəlirləmizə öz müsbət təsiri göstərmiş olacaqdır”
“Bakıxanov bələdiyyəsi hər bir seçicinin müraciətini diqqətdə saxlamaqla onun həllinə çalışır. Ancaq vətəndaş məmnunluğunun təmin edilməsi bələdiyyənin büdcə gəlirlərinin artım səviyyəsindən də çox asılıdır.” -bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ruhin Orucov deyib.
Sədr qeyd edib ki, bütün hallarda BAMS-da tətbiq edilən
yeniliklərin istər SMS xidmətinin tətbiqi, istərsə də BAMS-ın ƏMDX-nin məlumat
sisteminə inteqrasiya edilməsi Bakıxanov
bələdiyyəsinin büdcə gəlirlərinin artımına öz müsbət təsirini göstərməkdədir.
Lakin BAMS-ın
elektron notariat sisteminə qoşulması nəticə etibari ilə büdcə gəlirləmizə
öz müsbət təsiri göstərmiş olacaqdır.
Bələdiyyədə qurulan vergi-uçot sisteminin hesabına ötən ilin
müvafiq dövrü ilə müqayisədə 52.379
manata artım müşahidə olunub. Bu isə 18 fazilik artım deməkdir.
Belə ki, ötən ilin doqquz ayı ərzində 296.584 manat əldə
edilmişdisə, cari ilin doqquz ayı ərzində bu rəqəm 350 min manata yaxın
olmuşdur.
Sabunçu RİH daim dəstəyini hiss etdiklərini qeyd edən sədr bildirib ki, ilin sonunadək büdcə gəlirlərimizi bir qədər də artırmaq niyyətindəyik.
Belediyye.info
Rəylər
0 Rəy