Təmraz Tağıyev: "Nərimanov bələdiyyəsi hər zaman seçicilərin
qaldırdığı problemlərin həllinə çalışır"
"Nərimanov bələdiyyəsi hər daim vətəndaş məmnunluğunun təmin edilməsinə çalışır. Məhz bu məqsədlə sakinlərlə keçirilən səyyar görüşlərdə qaldırılan məsələləri daim diqqətlə yanaşır və maliyyə imkanları çərçivəsində həllinə çalışır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib.
Sədrin sözlərinə görə, sakinlərin müraicəti əsasında bu günlərdə rayonun Y.V.Çəminzəmənli küçəsi 61 ünvanında asfalt örtüyünün çəkilməsinə başlanılıb.
Bələdiyyə
iclasının qərarı ilə həyata keçirilən layihə artıq başa çatdırılıb. Küçənin bir
hissəsində həm də təmizlik işləri aparılmışdır.
Sədr
qeyd edib ki, Nərimanov bələdiyyəsinin iclaslarında müzakirəyə çıxarılan məsələlərin
böyük bir hissəsi məhz sakinlərin qaldırdığı problemlərin həlli ilə bağlı olur.
Təmraz
Tağıyev qeyd edib ki, Nərimanov bələdiyyəsi olaraq əsas məqsədimiz vətəndaş məmnunluğunu
təmin etməkdir.
Belediyye.info
Rəylər
0 Rəy