Bülbülə bələdiyyəsinin inzibati binasında "8 Noyabr- Zəfər Günü" ilə bağlı dəyirmi masa təşkil olunub
Suraxanı rayonu, Bülbülə bələdiyyəsinin
inzibati binasında "8 Noyabr- Zəfər Günü" ilə bağlı dəyirmi masa təşkil
olunmuşdur
Dəyirmi masa şəraitində keçirilən müzakirədə
Bülbülə bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Nəsib
İsmayılov, Suraxanı RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi,
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini Elçin Seyfullayev, Yeni Azərbaycan
Partiyasının Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, qəsəbədə
yaşayan bir qrup şəhid ailə üzvləri, qazilər və qəsəbə ictimaiyyətinin nümayəndələri
iştirak etmişlər
Dövlət himni səsləndirilib, Ulu öndər Heydər
Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində davam
edən dəyirmi masada iştirakçılar çıxış edərək bildirdilər ki, Zəfər Günü Azərbaycan
xalqı üçün mənəvi əhəmiyyət daşıyan bir gündür. Bu tarixi qələbə xalqın 30 ilə
yaxın davam edən Qarabağ münaqişəsində haqqını bərpa etməsi və ədalətin qələbəsi
olaraq qəbul edilir. Şəhidlərin və qazilərin xatirəsinə ehtiram göstərən bu gün
həm də ölkənin birliyinin və gücünün rəmzi olaraq qeyd edilir. Azərbaycan xalqı
və dövləti bu qələbəni hərbi, siyasi və diplomatik sahələrdə nümayiş etdirdiyi əzm
və əzmkarlıqla qazandı.
Suraxanı rayonu Bülbülə bələdiyyəsi
Rəylər
0 Rəy