Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-11-2025 , 18:51

989

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Söküntüyə düşən bir ərazidən birdən-birə  belə bir “qədim və zəngin” binanın tapılmasında məqsəd nədir?

Maddi-mədəni irsimizi qorumaq hər birimizin, həm də vəzifəsi olmalıdır. Təəssüf ki, bu gün bu istiqamətdə çox ciddi problemlər mövcuddur. Təəssüf doğuran məqam bir də ondadır ki, bu problemlərin həllinə ciddi şəkildə səy göstərilmir. Ya istəmirlər, ya bacarmırlar, ya da gücləri çatmır. Bütün hallarda müşahidələr göstərir ki, heç maraqları da yoxdur. Bu gün Bakı və Bakıətrafı ərazilərdə saysız-hesabsız dövlət qeydiyyatına alınmayan və yaxud alınıb, amma baxımsız vəziyyətdə olan onlarca, bəlkə yüzlərdə mədəni irs nümunəsi var. Ancaq müvafiq quruma müraciət etdikdə hər dəfə çox maraqlı cavablar almaq olar.

Tunc dövrünə aid və qeydiyyatda olan Soltanbud kurqanına qarşı edilən təcavüz bu günədək unudulmayıb. Bakı ətrafı ərazilərdə,  Zirə, Türkan, Bilgəh və  Buzovna qəsəbələrində, habelə  Fatmayı kəndində maddi-mədəni irs nümunələrinin acınacaqlı durumda olması, hətta qeydiyyada düşən abidələr üzərində hər hansı elanın belə vurulmaması, bu abidələrin mühafizəsində ciddi problemlərin olması haqqında dəfələrlə müraciətlərim var. Müəyyən irəliləyiş olub.Lakin yerli RİH-lərin bəzi hallarda göstərdikləri məsuliyyətsizlik, o cümlədən Mədəniyyət nazirliyinin diqqətsizliyi nəticəsində problem öz həllini hələ də  tapmayıb.

Ancaq bu dəfə başqa bir mövzuya toxunmaq istərdim. Yəni Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi  24 saylı (köhnə ünvanla 12) binaya Mədəniyyət nazirliyi tərəfindən  bu günlərdə yeni lövhə vurulub. Lövhədə qeyd edilir  ki, bu bina 3122 saylı qedyiyyat nömrəsi ilə  yeli əhəmiyyətli memarlıq abidəsi olaraq dövlət tərəfindən qorunur.

Mənə maraqlı gələn məqam ondadır ki, naziriliyin əməkdaşları həmin binada olublarmı? Onlar binanın  hansı tərəfində qədim və zəngin memarlığı özündən əks etdirən elementləri görə biliblər? Maraqlıdır. Müvafiq komissiyanın rəyi hansı məqamlara əsaslanıb. Bina bu gün yaşayış üçün ürəkaçan səviyyədə olmadığı bir halda, üstəlik özündə heç bir memarlıq elementi daşımadığı halda sual olunur müvafiq nazirlik və müvafiq nazirliyin müvafiq xidməti hansı əsasla az qala qazalı vəziyyətdə olan bir binanı  memarlıq abidəsi kimi qeydiyyata alıb? Həmin ətrafda bir neçə binaya da həqiqətən belə lövhə vurulub. Və həmin binalar həqiqətən memarlıq baximindan qədim bina hesab olunur, özündə memarlıq elementləri daşıyır və onu qorumaq, həm sakinlərin həm də nazirliyin əsas vəzifəsi kimi hesab edirəm. Lakin  söküntüyə düşən bir ərazidən birdən birə  belə bir “qədim və zəngin” binanın tapılmasında məqsəd nədir? Mədəni irsimizi qorumaq yoxsa... Nə isə....

Görünən odur ki, Nazirlik  son illər sanki mədəni irsimizi qorumağa yox, onu dağıdanları müşahidə etməklə məğşuldur. Belə olmasaydı son illərdə onlarca dağıntıya məruz qalan maddi-mədəni irs numünələrinin mühafizəsi ilə heç olmasa qanunvericlik baxımından təkliflərlə çıxış edərdilər. Amma bu çıxış nə görünür hə də hiss olunur.

Güman etmək olar ki, siyahı 2001-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Demək siyahı daha əvvəl Nazirlər Kabinetinə  təqdim edilibmiş. Belə çıxır ki, az qala 30 il əvvəl tərtib edilmiş siyahi üzrə lövhələr indi vurulur. Düşünmək olar ki, tərtib edilmiş siyahi üzrə yenidən monitorinq  aparılıb lövhələr  sonra vurulsaydı onda daha hər kəsdə belə sual yaranmazdı.   

Hər halda bir ziyalı olaraq, yeddi arxa dönəni tanıyan bir şəxs olaraq sözümüzü dedik. Qalır Mədəniyyət nazirliyinin məsələyə reaksiyası. Nə isə...

P.S. Bizə maraqlı olan məqam, belə binaların hansı elmi əsaslarla siyahıya salınmasına  aydınlığın  gətirilməsidir. 

Vüqar Tofiqli


 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər