Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-12-2025 , 12:47

908

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Yasamal bələdiyyəsi rayon ərazisində yaşayan ahıl sakinləri ziyarət edib

Yasamal rayonunda yaşayan aztəminatlı ailələr, ahıl şəxslər Yasamal Rayon  İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin daim diqqət mərkəzindədir.  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və aparatın məsul işçiləri rayon ərazisində yaşayan ahıl şəxsləri evlərində ziyarət edib  və ərzaq sovqatları təqdim ediblər.Bələdiyyənin sədri Tahir Məmmədov  onlara Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun  salamlarını və bayram təbriklərini çatdırmış,gündəlik qayğıları ilə maraqlanıb can sağlığı arzulamışdır. Ahıl sakinlərdən Şahxanım Şiriyeva,Zivər Abbas qızı,Dilarə Qurbanova və Məhərrəm Əhmədov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Yasamal bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər