Mürsəl Eminov: “Ehtiyacı olan hər bir ailənin yanında olmaq bizim əsas dəyərimizdir”
“Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il ərəfəsində Binəqədi Bələdiyyəsi tərəfindən 50-dən çox aztəminatlı ailələrə, şəhid ailələrinə və qazilərimizə bayram sovqatları təqdim olunub”- bu məlumatı Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Mürsəl Eminov bildirib.
Sədr
bildirib ki, bu təşəbbüs həm sosial həmrəyliyin gücləndirilməsi, həm də Vətən
uğrunda canını və sağlamlığını qurban verən qəhrəmanlarımıza, onların ailələrinə
diqqət və qayğının ifadəsidir.
Paylaşılan
hər bir sovqat təkcə maddi dəstək deyil, eyni zamanda cəmiyyət olaraq birlikdə
olduğumuzu göstərən mənəvi mesajdır.
Bayram günlərində ehtiyacı olan hər bir ailənin yanında olmaq bizim əsas dəyərimizdir.
Belediyye.info
Rəylər
0 Rəy