Tehran Rəhmanov: “Çalışacağıq ki, seçicilərimiz tərəfindən bizə göstərilən bu etimadı doğruldaq”
“Bu gün Türkan bələdiyyəsinin kollektivi ötən ildəki fəaliyyətini təhlil edərək həm buraxılan səhvlərdən nəticə çıxarır, həm hesabat üzərində son tamamlama və düzəlişlərini edir, həm də cari ildə vətəndaşlara daha yaxşı xidmət göstərmək üçün planlar çızır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Tehran Rəhmanov deyib.
Sədrin
sözlərinə görə, ötən il büdcə gəlirlərində müəyyən artıma nail olmuşuq. Bələdiyyənin
vergi xidməti bacardığı qədər çalışıb ki, büdcəyə əlavə vəsait daxil olsun. Daxil
olan vəsait nəticə etibari ilə sakinin- vergi ödəyicisinin hansısa probleminin
həllinə yönəldilir.
Sədr
qeyd edib ki, bəzən istəyimizə nail ola bilmirik. Ancaq bu bizi ruhdan salmır.
Çalışırıq ki, qanunların, hüquqi normativ aktların, həm də BAMS-ın verdiyi imkanlardan
tam şəkildə yararlanaq.
Cari
ildə çalışacağıq ki, Türkan bələdiyyəsi olaraq seçicilərimiz tərəfindən bizə göstərilən
bu etimadi doğruldaq.
Belediyye.info
Rəylər
0 Rəy