Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-03-2026 , 08:26

248

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nuranə Hüseynova: “Sosial yardım proqramlarına ayrılan vəsaitin həcmi ilbəil artır”

“Zirə bələdiyyəsinin əsas fəaliyyət istiqamətlərindən biri əhalinin həssas qruplarına göstərilən qayğı və diqqətdir. Bunun üçün bələdiyyə rəhbərliyi bütün qüvvəsini səfərbər edərək bu istiqamətdə ciddi layihələrin icrasını həyata keçirir” - bu fikirləri Xəzər rayonu, Zirə bələdiyyəsinin  vergi şöbəsinin müdiri Nuranə Hüseynova deyib.

Vergi şöbəsinin müdiri bildirib ki, 2023 - cü illə müqayisədə sosial yardımlara ayrılan vəsaitin həcmi bələdiyyənin rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə  2025-ci ildə 16 faiz artıb.

Belə ki, 2023- cü ildə sosial yardım proqramlarının icrasına 9.030 manat, 2024 -cü ildə 10.000 manat, 2025 -ci ildə isə 10.450 manat vəsait ayrılıb. Ayrılan vəsaitin büdcə gəlirlərində tutduğu həcmi də artıb. 2023-cü ildə bu rəqəm 6 faiz təşkil edirdisə, ötən il bu rəqəm 8 faizə bərabər olub.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər