Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-04-2026 , 19:55

131

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Kollektiv müraciət Maştağa bələdiyyəsinin iclasında müzakirəyə çıxarılaraq müsbət qərar qəbul edilmişdir”

“Maştağa–Nardaran yolu,  1-ci dalanda yaşayan sakinlər tərəfindən yolun yararsız vəziyyətdə olması ilə bağlı Maştağa bələdiyyəsinə kollektiv müraciət daxil olmuşdur. Müraciətdə qeyd olunmuşdur ki, uzun müddət ərzində istismar nəticəsində yol örtüyü sıradan çıxmış, çoxsaylı çuxurlar əmələ gəlmiş, yağışlı hava şəraitində isə ərazidə palçıqlaşma yaranaraq nəqliyyat vasitələrinin və piyadaların hərəkəti xeyli çətinləşmişdir”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu Maştağa bələdiyyəsinin sədri Anar Adığözəlov deyib.

Sədr bildirib ki, daxil olmuş kollektiv müraciət Maştağa bələdiyyəsinin iclasında müzakirəyə çıxarılmış və 03.04.2026-cı il tarixli, 8 saylı protokola əsasən məsələ ilə bağlı müsbət qərar qəbul edilmişdir.

Qəbul edilmiş qərara uyğun olaraq qeyd olunan ünvanda abadlıq və cari yol təmir işləri həyata keçirilmişdir. Görülmüş işlər çərçivəsində yol səthi xüsusi texnikalar vasitəsilə hamarlanmış, mövcud çuxurlar karbonat materialı ilə doldurularaq möhkəmləndirilmiş, yol səthi bərabərləşdirilmiş və əraziyə çınqıl örtüyü yayılaraq yol nəqliyyat vasitələrinin və piyadaların istifadəsi üçün yararlı vəziyyətə gətirilmişdir.

Aparılmış işlər nəticəsində küçədaxili yolun texniki vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, sakinlərin gündəlik hərəkəti üçün daha təhlükəsiz və rahat şərait təmin olunmuşdur.

Maştağa bələdiyyəsi tərəfindən qəsəbə ərazisində abadlıq, infrastrukturun yaxşılaşdırılması və vətəndaş müraciətlərinin operativ həlli istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.

Sədr qeyd edib ki, bu gün bələdiyyənin əsas vəzifəsi hər bir vətəndaşın müraciətini diqqətdə saxlamaqla qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəmizi verməkdir. 

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər