Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-10-2026 , 00:07

102

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nigar Məmmədova: “Vergi bildirişlərinin onlayn qaydada göndərilməsinə keçid üçün hazırda hazırlıq işləri aparılır”

 Bu dəfə suallarımızı Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova cavablandırır:

-       Bələdiyyənin vergi xidməti olaraq, yerli büdcə gəlirlərinin artırılması istiqamətində hansı addımlar atılır?

-       Nigar Məmmədova: Xocəsən bələdiyyəsi olaraq, yerli büdcə gəlirlərinin artırılması vergi xidmətimizin əsas hədəflərindən biridir. Hər il olduğu kimi, cari ildə də gəlir imkanları təhlil edilir və mövcud potensialdan qanunvericiliyin tələblərinə uyğun şəkildə istifadə olunur. Eyni zamanda, 2025-ci ilədək fərdi yaşayış evlərinin mülkiyyət hüququnu təsdiq edən çıxarışların elektron formada əldə edilməsinin genişlənməsi vergi ödəyicilərinin sayının artmasına müsbət təsir göstərib. Bunun nəticəsi olaraq, 2026-cı ilin ilk doqquz ayı ərzində yerli büdcə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb. Bununla yanaşı, vergi uçotunun təkmilləşdirilməsi istiqamətində də işlər aparılır. Bələdiyyə ərazisində yerləşən yaşayış və qeyri-yaşayış obyektləri, eləcə də torpaq sahələri müəyyənləşdirilərək müvafiq məlumat bazasına daxil edilir.

-       Son iki il ərzində vergi xidmətinin fəaliyyətində hansı yeniliklər tətbiq edilib?

-       Nigar Məmmədova: Son iki ildə vergi ödəyiciləri ilə işin daha operativ və səmərəli təşkili, eləcə də vergi borclarının vaxtında ödənilməsinin təmin edilməsi istiqamətində bir sıra yeniliklər tətbiq olunub. Belə ki, vergi müfəttişləri tərəfindən vergi borcu olan vətəndaşlara borcun ödənilməsi ilə bağlı SMS vasitəsilə xəbərdarlıqlar göndərilir. Bu, sakinlərin vergi öhdəlikləri barədə vaxtında məlumatlandırılmasına və ödənişlərin həyata keçirilməsinə əlavə imkan yaradır. Digər mühüm yenilik isə vergi öhdəliklərini vaxtında yerinə yetirməyən vətəndaşlarla bağlı qəbul edilən inzibati aktların elektron qaydada icraya yönəldilməsidir. Həmin aktlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra sənədlərinin məcburi icraya yönəldilməsi üzrə elektron kabineti vasitəsilə müvafiq icra şöbəsinə göndərilir. Bu mexanizmin tətbiqi vergi borclarının yığılması prosesinin daha sistemli təşkilinə və inzibati prosedurların operativliyinin artırılmasına xidmət edir. 2025–2026-cı illərdə icra şöbəsinə göndərilən aktlarla bağlı işlərin aparılması da bu istiqamətdə görülən tədbirlərin tərkib hissəsidir.

-       Növbəti ildən vergi bildirişlərinin onlayn qaydada göndərilməsi nəzərdə tutulur. Bununla bağlı hansı addımlar atılıb və gələcəkdə hansı işlərin görülməsi planlaşdırılır?

-        Nigar Məmmədova: Xocəsən bələdiyyəsində rəqəmsal xidmətlərin tətbiqinə artıq başlanılıb. Cari ilin fevral ayından etibarən SMS xidməti tətbiq olunur. Bu xidmət vasitəsilə vergi ödəyicilərinə borcları barədə məlumat verilir və onların vaxtında ödəniş etmələri təşviq olunur. Vergi bildirişlərinin onlayn qaydada göndərilməsinə keçid üçün hazırda hazırlıq işləri aparılır. İlk növbədə, vətəndaşların əlaqə məlumatları dəqiqləşdirilir ki, bildirişlərin ünvan sahiblərinə vaxtında və düzgün çatdırılması təmin edilsin. Bununla yanaşı, sakinlər arasında maarifləndirmə işləri həyata keçirilir, elektron bildirişlərin üstünlükləri və istifadəsi qaydaları barədə məlumat verilir. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Mətanət Nəsibovaya ağır itki


Bakı
15-09-2026
817