Hümbət Hüseynov: “Bu gün qəsəbələrin xəritələrinin verilməməsi məqbul sayıla bilməz”
“Cari ildə həyata keçirilən bələdiyyələrin birləşdirilməsi prosesi onların inkişafı üçün bir təkamül oldu”- bu fikirləri Milli Məclisin Regional Məsələlər Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib.
Sədr qeyd
edib ki, bir müddət əvvəl yaradılmış BAMS proqramının Assosiasiyaların təsisçisi
olduğu “Bələdiyyələrə onlyan xidmət mərkəzi” tərəfindən
təkmilləşdirilməsi nəticə etibari ilə bələdiyyələrin maliyyə imkanlarını bir qədər
də artırmış oldu.
Bələdiyyə özünüidarətemə orqanı olmaqla yanaşı,
həm də özünü maliyyələşmə orqanıdır. Bələdiyyənin maliyyə imkanlarının artması
nəticə etibari ilə sakinlərin üzləşdiyi problemlərin həllini də sürətləndirmiş
olur. Bu sahədə ciddi işlər görülüb. Bu danılmaz faktdir. Məhz dövlət tərəfindən
həyata keçirilən layihələrə bələdiyyə də maliyyə imkanları çərçivəsində öz dəstəyini
göstərməkdədir.
Sədr
daha sonra qeyd edib ki, BAMS-ın ƏMDX məlumat
sisteminə qoşulması sözsüz ki, büdcə gəlirlərinə öz müsbət təsirini göstərmiş
olur. Vergi məcəlləsinin tələblərinə görə
verginin yığılmasında ərazi prinsipləri əsas götürülür. Lakin bir çox hallarda
qəsəbələrin xəritələrinin verilməməsi, üstəlik məlumat sistemində qəsəbəyə aid olan ərazinin
rayon ərazisi kimi göstərilməsi və yaxud əksinə rayon ərazisinn qəsəbə ərazisi kimi
göstərilməsi məqbul sayılmır və bələdiyyələrdə çaşqınlıq yaradır. Odur ki, mövcud problemlərin aradan qaldırılmasına bu
gün ehtiyac var.
Bu
gün qəsəbə ərazisinin sərhədlərinin müəyyən edilməsi məsələsinə yenidən baxılmalı
və sərhədlərin müəyyən edilməsi başa çatdırılmalıdır. Bu cür anlaşılmazlıq
sakinlər arasında qarışıqlıq yaradır.
Beləliklə, xəritələrin təsdiq edilməsi nəticə etibari ilə bələdiyyələrin problemlərin həllini sürətləndirə bilər. Belediyye.info
Rəylər
0 Rəy