Bu rayon icra hakimiyyətində diqqəti çəkən ən maraqlı məqam...
Bu gün ştat üzrə 31 nəfərin çalışmalı olduğu Xızı RİH-də hazırda yeddi vəzifə vakant kimi RİH -in internet resursunda qeyd olunub. Bu sıraya RİHB-nın müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, başçının köməkçisi, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, hüquq şöbəsinin şöbə müdiri və şöbənin məsləhətçisi, memarlıq və tikinti şöbəsinin şöbə müdiri və aparıcı məsləhətçi (mühəndis) vəzifələri boşdur.
Təsəvvür edin
ki, RİH-in əsas şöbəsi hesab olunan iki şöbəsində - hüquq və təsərrüfat şöbəsində
ümumiyyətlə heç kim çalışmır.
Belə başa
düşmək olar ki, siyasi rəhbərdən başqa 23 nəfər 31 nəfərin işini yerinə yetirir.
Maraqlıdır, belə olan halda hansı iş keyfiyyətindən danışmaq olar. Ən maraqlı
məqam isə yeddi dövlət qulluqçusunun hansı səbəbdən işdən ayrılmalarıdır. Uzun müddət
bir vəzifənin də boş saxlanılması hər halda yaxşı hal deyil. Nə isə...
Əlavə edək
ki, Xəzər Aslanov 06 iyun 1970-ci ildə anadan olub. 20 ildən
artıqdır ki, icra strukturlarında, gələn ilin oktyabrında isə başçı kimi fəaliyyətinin
qismət olsa 20 ili tamam olacaq.
Belə ki, Xəzər
Aslanov 25.06.2005-ci ildən dövlət
qulluqğundadır. 17.04.2006-cı ilədək Xanlar Rayon İcra Hakimiyyəti Başçısının
sosial-iqtisadi məsələlər üzrə müavini, 17.04.2006-cı ildən 10.10.2006-cı ilədək
Xanlar rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində,
10.10.2006-cı ildən isə 10.04.2012-ci ilədək Yardımlı rayon İcra Hakimiyyəti
Başçısı vəzifəsində işləmişdir. 10
aprel 2012-ci il tarixdən Xızı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin
edilib.
Maraqlıdır ki, RİH -in saytında paylaşılan tərcümeyi
halında siyasi rəhbərin təhsili barədə hər hansı məlumat paylaşılmayıb.
Belediyye.info
Rəylər
0 Rəy