Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir
Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir.
Sentyabr
ayı ərzində Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş
idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Bələdiyyələrlə iş
baş idarəsi, Məhkəmə Ekspertizası Mərkəzi, Tibb baş idarəsi, İcra xidməti və
Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəhbərliyi tərəfindən Şəki,
Şirvan, İmişli, Xaçmaz, Göyçay, Lənkəran, Bərdə, Şəmkir və Gəncə regional ədliyyə
idarələri ilə birlikdə videokonfrans vasitəsilə həmin qurumların
yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar
keçirilib.
Videoqəbullarda
Nazirliyin fəaliyyət istiqamətləri üzrə 59 vətəndaşın müraciəti dinlənilib,
qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, həmçinin vətəndaşlara
qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş
müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.
Ədliyyə Nazirliyi
Rəylər
0 Rəy