Videoqəbulda İcra xidmətinin fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşların müraciətləri dinlənilib
Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Mübariz Əhmədov tərəfindən İmişli, Lənkəran və Şəki regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videokonfrans vasitəsilə qəbul keçirilib.
Videoqəbulda İcra xidmətinin fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşların müraciətləri dinlənilib, onlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Ədliyyə Nazirliyi
Rəylər
0 Rəy