Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək
2025-ci il oktyabrın 19-20-də Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçiriləcək.
Forumun rəsmi açılış mərasimi oktyabrın 20-də Xankəndi
Konqres Mərkəzində olacaq.
Forum çərçivəsində “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə
qarşı birləşmə texnikası”, “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar”, ““Rəqəmsal
QHT” konsepsiyası: süni intellekt və rəqəmsal həllər”, “Türkman irsi: tarixi
köklərə sədaqət” adlı panel müzakirələri təşkil olunacaq.
Forum bədii hissə ilə başa çatacaq.
Rəylər
0 Rəy