Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-04-2026 , 19:51

127

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə üzv və qulluqçuları üçün maarifləndirici təlim təşkil olunub

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Göyçay, Şəki və Lənkəran regional ədliyyə idarələrinin yurisdiksiyasına daxil olan rayonların bələdiyyə üzvləri və qulluqçuları üçün maarifləndirici təlim təşkil olunub.

Təlimin əsas məqsədi yerli özünüidarəetmə orqanlarında peşəkar fəaliyyətin təkmilləşdirilməsi, etik davranış standartlarının gücləndirilməsi və şəffaf idarəetmənin təşviqi olub. Tədbir çərçivəsində iştirakçılara etik davranış qaydaları, korrupsiya risklərinin qarşısının alınması mexanizmləri, vətəndaş müraciətlərinə baxılması prosedurları və vətəndaş məmnuniyyətinin təmin edilməsi ilə bağlı ətraflı məlumat verilib.

 Bununla yanaşı, bələdiyyə üzv və qulluqçuları üçün inzibati icraatın aparılması, inzibati qərarların hüquqi əsasları və bu sahədə mövcud qanunvericiliyin tətbiqi məsələləri də geniş şəkildə izah olunub.

 Təlim interaktiv formatda keçirilib, iştirakçılarla fikir mübadiləsi aparılıb, praktiki nümunələr əsasında mövzular izah edilib və onları maraqlandıran suallar cavablandırılıb.

Ədliyyə Nazirliyi


Rəylər

0 Rəy


Rəy yaz