Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-09-2025 , 11:55

1032

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İsmayıl Rəsulov: “Səkkiz ay ərzində büdcə gəlirlərimizi 150 faizədək artıra bilmişik”

 

“BAMS-da tətbiq edilən yeniliklərin və bələdiyyənin vergi xidmətinin birgə fəaliyyəti sayəsində büdcə gəlirlərində 151 faiz artıma nail ola bilmişik”- bu fikirləri Belediyye.infoya  Ağcabədi bələdiyyəsinin sədri İsmayıl Rəsulov bildirib.

Sədr qeyd edib ki, əgər 2024-cü ilin səkkiz ayı ərzində 88.871 manat əldə edilmişdirsə, bu rəqəm 2025-ci ilin səkkiz ayı ərzində isə 223.065 əldə edilib.

2024-cü ilin səkkiz ayı ərzində  394 manatlıq əmlak vergisi, 14.827 manatlıq  torpaq  vergisi, 43.128 icarə haqqları, 360 mehmanxana rüsumu və  30.131 manatlıq bələdiyyə əmlakının özgəninkiləşdiirilməsindən əldə olunub.  2025-ci ilin səkkiz ayı ərzində isə  33.377 manatlıq əmlak vergisindən,  50.137 torpaq  vergisindən, 113.099 manatlıq icarə haqqlarından, 405  mehmanxana rüsumlarından,

25. 896 manatlıq bələdiyyə əmlakının özgəninkiləşdiirlməsindən və ilk dəfə  150 manatlıq avtodayanacaqlardan daxil olub.  

Sədr qeyd edib ki, məqsədimiz seçicilərə layiqincə xidmət etməkdir. Maliyyə vəsaitimiz artdıqca sakinlərin qaldırdığı problemlərin həlli də sürətlənər.

Belediyye.info

Rəylər

1 Rəy

Elnur Məmmədov

05-09-2025, 3 ay əvvəl

Sagol Ismayıl müəĺim , Sizin həmişə Ağcabədi əhalisinə can başla xidmət edəcəyinə inanırıq və sizinləyik

Cavabla

Rəy yaz

Oxşar xəbərlər