Asif Həşimov: “Borclu vətəndaşla söhbətlərin nəticəsi olmayanda....”
Sədr
daha sonra qeyd edib ki, vətəndaşa layiqincə xidmət üçün bələdiyyənin büdcə
daxilolmaları yüksək olmalı və vergi xidməti orqanı bu məqsədə çalışmalıdır.
Məhz
bu addımların sayəsində Vəndam bələdiyyəsinin yerli vergilərin həcmi ötən ilin
müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə
artımışdır. Cari ilin 11 ayı ərzində torpaq vergisinin həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 105 %,
əmlak vergisi isə 130% artıb.
Bələdiyyənin
vergi xidməti orqanı bu gün bütün qüvvəsini səfərbər edərək BAMS proqramının verdiyi
imkandan tam yaralanmağa çalışır. SMS xidmətindən yararlanmaqla yanaşı, borclu
vətəndaşlar haqqında aktları icra-probasiya şöbəsinə göndərməmişdən əvvəl
ard-arda söhbətlər aparır, izahatlar verilir, qanunun tələbləri vətəndaşa izah
edilir. Bütün bu addımların nəticəsi olmayanda məcbur olub bələdiyyə iclasında
təsdiq edilmiş aktı müvafiq orqana göndəririk.
Hər
halda müşahidələr göstərir ki, cari ildə ümumi büdcə daxilolmalarının həcmində
də artım olacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy