Güclü gələcək naminə narkomaniyaya birlikdə “yox” deyək! BƏLƏDİYYƏ SƏDRİ YAZIR
Narkomaniya cəmiyyətin sağlam gələcəyinə ciddi təhlükə yaradan, fərdin həyatını, ailə dəyərlərini və ictimai sabitliyi sarsıdan zərərli bir bəladır. Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi insan sağlamlığına ağır fəsadlar törətməklə yanaşı, sosial problemlərin, cinayətkarlığın və mənəvi aşınmanın artmasına səbəb olur.
Boradigah
Bələdiyyəsi narkomaniyaya qarşı mübarizəni prioritet istiqamət kimi qəbul edir
və bu sahədə dövlət siyasətini dəstəkləyərək maarifləndirmə tədbirlərinin əhəmiyyətini
xüsusi vurğulayır. Əsas məqsəd gənclərin və yeniyetmələrin zərərli vərdişlərdən
uzaq tutulması, sağlam həyat tərzinin təbliği, narkotiklərin yaratdığı risklər
barədə ictimai məlumatlılığın artırılmasıdır.
Bələdiyyə
olaraq inanırıq ki, narkomaniyaya qarşı mübarizə yalnız hüquqi tədbirlərlə
deyil, eyni zamanda maarifləndirmə, erkən profilaktika və ictimai həmrəylik
yolu ilə daha effektiv nəticə verə bilər. Hər bir vətəndaşı bu mübarizədə fəal
olmağa, şübhəli hallarla rastlaşdıqda aidiyyəti qurumlara məlumat verməyə
çağırırıq.
Sağlam
cəmiyyət, güclü gələcək naminə narkomaniyaya birlikdə “yox” deyək!
TünzaLə
QARDAŞOVA
Masallı
rayonu, Boradigah bələdiyyəsinin sədri
Rəylər
0 Rəy