Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-12-2025 , 19:22

981

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Güclü gələcək naminə narkomaniyaya birlikdə “yox” deyək! BƏLƏDİYYƏ SƏDRİ YAZIR

Narkomaniya cəmiyyətin sağlam gələcəyinə ciddi təhlükə yaradan, fərdin həyatını, ailə dəyərlərini və ictimai sabitliyi sarsıdan zərərli bir bəladır. Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi insan sağlamlığına ağır fəsadlar törətməklə yanaşı, sosial problemlərin, cinayətkarlığın və mənəvi aşınmanın artmasına səbəb olur.

Boradigah Bələdiyyəsi narkomaniyaya qarşı mübarizəni prioritet istiqamət kimi qəbul edir və bu sahədə dövlət siyasətini dəstəkləyərək maarifləndirmə tədbirlərinin əhəmiyyətini xüsusi vurğulayır. Əsas məqsəd gənclərin və yeniyetmələrin zərərli vərdişlərdən uzaq tutulması, sağlam həyat tərzinin təbliği, narkotiklərin yaratdığı risklər barədə ictimai məlumatlılığın artırılmasıdır.

Bələdiyyə olaraq inanırıq ki, narkomaniyaya qarşı mübarizə yalnız hüquqi tədbirlərlə deyil, eyni zamanda maarifləndirmə, erkən profilaktika və ictimai həmrəylik yolu ilə daha effektiv nəticə verə bilər. Hər bir vətəndaşı bu mübarizədə fəal olmağa, şübhəli hallarla rastlaşdıqda aidiyyəti qurumlara məlumat verməyə çağırırıq.

Sağlam cəmiyyət, güclü gələcək naminə narkomaniyaya birlikdə “yox” deyək!

TünzaLə QARDAŞOVA

Masallı rayonu, Boradigah bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər