Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-12-2025 , 23:45

1028

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Atabala Şeydayev: “Bələdiyyə tərəfindən həyata keçirilən layihələrin böyük bir qismi məhz vətəndaşların müraciətləri əsasında həyata keçirilir”

 “Bu gün Şabran rayonu Pirəbədil bələdiyyəsi olaraq başlıca vəzifəmiz sakinlərə xidmət etmək, ərazidə vətəndaş məmnunluğunu təmin etməkdir” - bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Atabala Şeydayev deyib.  Sədr qeyd edib ki, bütün hallarda hər bir layihənin icrası maliyyə tələb edir. Biz də bələdiyyə olaraq əsas diqqətimizi məhz büdcə gəlirlərinin artımına yönəltmişik. Məhz bu addımların sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə yerli vergilərin həcmi 2.4 dəfə artıb.

Əldə etdiyimiz maliyyə vəsaiti ilə 38 kəndi əhatə edən bələdiyyə ərazisində layihələr icra olunur. Bələdiyyə iclasının qərarı ilə icra olunan layihələr bələdiyyənin təsis etdyi müəssisə tərəfindən həyata keçirilir.

Sədr əlavə edib ki, bu günlərdə Taxtalar kəndində kəndarası yollara bələdiyyə  müəssisəsi olan  “Uğur Pirəbədil” MMC tərəfindən çınqıl tökülərək yayılıb, sakinlərin gediş- gəliş üçün yararlı vəziyyətə  gətirilib.

Sədr xüsusi ilə vurğulayıb ki, bələdiyyə tərəfindən həyata keçirilən layihələrin böyük bir qismi məhz vətəndaşların müraciətləri əsasında həyata keçirilir.

Sədr büdcə layihəsinin bələdiyyənin dekabr iclasında yekun müzakirədən sonra təsdiq edildiyini qeyd edib.

Xatırladaq ki, hazırda Pirəbədil  bələdiyyəsinin 13 nəfər üzvü və 17 nəfər qulluqçusu var.  İrili-xırdalı 38 kəndi əfatə edən bələdiyyənin ərazisində 10 min nəfərdən artıq sakin yaşayır.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər