Peşəkar müəllim bələdiyyənin “Fəxri Fərman” ilə təltif olunub
Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Əliyeva Tünzalə Ədhəm qızının bu gün 65 yaşı tamam olur.
Bu əlamətdar
tarix münasibətilə Şabran Bələdiyyəsi tərəfindən müəllimin çalışdığı təhsil müəssisəsində
ziyarət həyata keçirilmişdir. Uzun illər ərzində gənc nəslin təlim-tərbiyəsi
sahəsində göstərdiyi səmərəli pedaqoji fəaliyyətinə, təhsilin inkişafına
verdiyi töhfələrə və peşəkar müəllim kimi qazandığı hörmətə görə Əliyeva Tünzalə
Ədhəm qızı Şabran Bələdiyyəsinin “Fəxri
Fərman” ilə təltif olunmuşdur.
Görüş
zamanı müəllimə gələcək fəaliyyətində möhkəm cansağlığı, ailə səadəti və
uğurlar arzulanmış, onun pedaqoji əməyinin cəmiyyət üçün əhəmiyyətli olduğu
xüsusi vurğulanmışdır. Şabran Bələdiyyəsi tərəfindən təhsil işçilərinə göstərilən
diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi bildirilmişdir.
Şabran bələdiyyəsi
Rəylər
0 Rəy