Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-12-2025 , 00:10

1062

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidan Fərzəlieyeva: “Sosial yönümlü təşəbbüslər cəmiyyətin rifahına və sosial həmrəyliyin gücləndirilməsinə xidmət edir”

 

 “Şabran Bələdiyyəsi tərəfindən şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün “Yeni il”şənliyi təşkil edilmişdir”- bu barədə Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Fidan Fərzəliyeva deyib.

Sədrin sözlərinə görə, tədbir Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə, qazilərə və əhali həssas  qruplarına göstərdiyi  diqqət və qayğının yerli səviyyədə davamı kimi həyata keçirilmişdir.

Sədr qeyd edib ki, şənlik çərçivəsində uşaqlar üçün bayram ab-havası yaradılmış, bələdiyyə tərəfindən onlara Yeni il sovqatları və hədiyyələr təqdim edilmişdir. Uşaqların sevinc dolu anlar yaşaması, bayram əhval-ruhiyyəsinin artırılması tədbirin əsas məqsədlərindən olmuşdur.

Eyni zamanda Milli Məclisin deputatı Mahir Süleymanlının səmimi Yeni il təbrikləri iştirakçılara çatdırılmış, onun tərəfindən uşaqlara bayram hədiyyələri paylanılmışdır.

Tədbir iştirakçı ailələr tərəfindən böyük məmnunluqla qarşılanmış, belə sosial yönümlü təşəbbüslərin cəmiyyətin rifahına və sosial həmrəyliyin gücləndirilməsinə xidmət etdiyi xüsusi vurğulanmışdır.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər