Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-12-2025 , 21:29

1542

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ceyhun Ələsgərov: “Məhəmmədi bələdiyyəsi hər zaman seçicisinin  yanıında olmaqla, onların üzləşdiyi problemin həllinə maraqlıdır”


“Məhəmmədi bələdiyyəsi əhalinin həssas qrupunun sosial- məişət qayğılarını daim diqqətdə saxlayır”-bu fikirləri adıçəkilən bələdiyyənin sədri Ceyhun Ələsgərov deyib.

Sədr qeyd edib ki, bələdiyyənin kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvim ili münasibəti ilə ərazidə olan 10 şəhid və 30 aztəminatlı ailəni ziyarət edərək onların  qayğıları ilə maraqlanmışlar.

Hər bir görüş  zamanı bir daha bildirilib ki, Vətən, torpaq uğrunda şəhid olanlar həmişə layiqli vətəndaş kimi  xatırlanacaq. Xalq öz igid, mərd oğlu ilə qürur duyur.

Bununla yanaşı aztəminatlı ailələrlə görüşdə dövlətin hər zaman onlara göstərdiyi qayğı diqqət xüsusilə vurğulnıb. Məhəmmədi bələdiyyəsi hər zaman seçicisinin  yanıında olmaqla, onların üzləşdiyi problemin həllinə maraqlıdır.

Sonda hər şəhid və aztəminatlı ailəsinə  bələdiyyənin bayram sovqatı təqdim edilmişdir.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər