Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-01-2026 , 01:40

855

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

 Şabran bələdiyyəsi daha bir layihəyə imza atıb

Şabran bələdiyyəsi tərəfindən rayon ərazisində infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir. Bu məqsədlə bu gün rayonun M. P. Vaqif küçəsində yolun bərpası və hərəkət şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.

Aparılan işlər çərçivəsində yolun mövcud vəziyyəti nəzərə alınaraq örtüyün bərpası məqsədilə yola çınqıl daş tökülmüş, səth hamarlanaraq nəqliyyat vasitələrinin və piyadaların rahat və təhlükəsiz hərəkəti üçün şərait yaradılmışdır.

Qeyd edək ki, bu işlər ərazidə yaşayan sakinlərin müraciətləri və mövcud yol infrastrukturunun vəziyyəti nəzərə alınmaqla həyata keçirilmişdir. Şabran bələdiyyəsi tərəfindən rayon ərazisində yolların mərhələli şəkildə təmiri və abadlaşdırılması istiqamətində tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

Şabran bələdiyyəsi sakinlərin sosial rifahının yaxşılaşdırılması və yaşayış mühitinin daha əlverişli hala gətirilməsi məqsədilə üzərinə düşən vəzifələri imkanlar daxilində ardıcıl şəkildə icra etməkdədir.

Şabran bələdiyyəsi


 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər