Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-07-2025 , 22:49

1688

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Vergi xidmətinin səmərəli fəaliyyətinin nəticəsidir ki,..”  

“Bu gün əsas məqsədimiz BAMS-ın verdiyi imkandan tam şəkildə yararlanmağa çalışmaqdır”- bu fikirləri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bildirib.

Sədr bildirib ki, bələdiyyənin vergi xidmətinin rəhbəri Rizvan Rəhimov və vergi müfəttişləri daim ərazidə

sakinlərlə görüşlər keçirir, izahat xarakterli söhbətlər aparmaqdadır.

Bələdiyyədə yenilənmiş BAMS proqramının yaratdığı imkandan istifadə etməyə çalışırlar. Məhz bu addımların sayəsində  əgər ötən ilin birinci yarısında  ümumuilikdə 60.122 manat büdcə gəlirımiz olmuşdusa, cari ilin müvafiq dövrü ilə müayisədə bu rəqəm  78.803 manatı keçib.

Ötən il üzrə müvafiq olaraq  51.995 manatlıq əmlak və 8.126 manatlıq torpaq vergisi əldə edilmişdirsə, cari ildə 64.803 manatlıq əmlak və 14 min manatlıq torpaq vergisi əldə olunub.

Beləliklə, BAMS-ın yaratdığı imkandan istifadə edərək bələdiyyənin cari ildə əmlak vergisindən 24 faizlik artım, torpaq vergisindən isə 72 faizlik artım əldə olunub.

Sədr qeyd edib ki, vergi xidmətinin səmərəli fəaliyyətinin nəticəsidir ki,  ümumilikdə büdcə gəlirində 31 faizlik artım müşahidə olunub.

 İnanırıq ki, ilin sonunadək büdcə gəlirində artım bir qədərdə artacaqdır. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
1577