Ramin Hüseynov: “Əldə edilən maliyyə vəsaitinin 41 faizi layihələrin icrasına yönəldilib”
Bələdiyyələri bir çox hallarda xəbər etmədən ziyarət edəndə hətta bir çox maraqlı hadisələrin şahidi olursan. Əlavə edim ki, üzləşdiyim ən maraqlı hadisələri gələcəkdə toplu şəklində çap etməyi düşünürəm...
Bu dəfə Qaradağ rayonu, Sahil bələdiyyəsini ziyarət etdim. Özü də fasilə vaxtı.
Açıq etiraf edim ki, kollektivin hər bir üzvünün iş başında olacağına inanmırdım. Çünki fasilə vaxtı idi. Olmalı deyildilər.
Onu da etiraf ki, Sahil bələdiyyəsinin inkişafı əvvəl ki, iyirmi ildən fərqli olaraq son beş ilə təsadüf edir. Yəni əvvəlki illərdən yığlıb qalmış həm DSMF, həm də əməkhaqqı borcu məhz əvvəlki beş ildəki rəhbərliyin aktiv fəaliyyəti nəticəsində bağlanılıb. Və kollektiv məhz ötən beş ildə ciddi layihələrə imza atıb.
***
Sədr Ramin Hüseynov qəfləti gəlişimdən özünü itirmir. İlk dəfə görüşdüyüm şəxslə sanki illər əvvəl tanıyırmış kimi danışırıq. Hiss olunur ki, kollektivdə hər hansı dəyişikliyin tərəfdarı deyil. Hətta bələdiyyənin inkişafında dönüş yaratmış və bələdiyyənin tanınmasında xidməti olan təcrübəli Elmira Əliyevanı bələdiyyənin vergi xidmətinə rəhbər təyin edib.
Beləliklə, söhbətə başlayırıq. Hiss olunur ki, bələdiyyəni narahat edən əsas məsələlərdən artıq xəbərdardır. Özünün bu istiqamətdə təklifləri da var.
Diqqətimi bir məqam da çəkdi. Belə ki, gənc yaşlarında təcrübəli iş adamı olan babasının idərəçiliklə bağlı bütün danışdıqlarını Ramin Hüseynov lazımı səviyyədə “yığıb-yığışdırıb” və bu gün ali məktəbdə öyrəndikləri ilə yanaşı, hətta babasından öyrəndiklərini öz idarəçilik fəaliyyətində qədərincə istifadə etmək niyyətindədir.
Sədr bizimlə ötən altı ay ərzində bələdiyyənin fəaliyyəti ilə bağlı fikirlərini bölüşür.
***
Söhbət zamanı sədr bildirir ki, ötən altı ay ərzində Sahil bələdiyyəsi tərəfindən əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması və rifah halının yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bələdiyyənin təşəbbüsü və sahibkarların dəstəyi ilə Qurban bayramı münasibətilə 50 aztəminatlı ailəyə bayram payı təqdim edilmiş, 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə isə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərimizin ailələri ziyarət olunmuş, onların ehtiyac və qayğıları ilə maraqlanılmışdır.
Sədr qeyd edir ki, hesabat müddətində bələdiyyə tərəfindən 8 dəfə ümumi iclas keçirilmiş, qəbul olunmuş protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Baş İdarəsinin informasiya sisteminə daxil edilmişdir.
Bələdiyyədə vətəndaş qəbuluna ciddi diqqət yetirilir. Yəni, hesabat dövründə bələdiyyə sədri və sədr müavini tərəfindən ümumilikdə 105 vətəndaş qəbul edilmişdir. Qəbul zamanı şəhid ailələrinin, qəsəbə sakinlərinin sosial-məişət məsələləri, torpaq və mülkiyyət hüquqları ilə bağlı müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində bələdiyyəyə aid olan məsələlərin həlli istiqamətində addımlar atılmışdır.
Sosial müdafiə tədbirləri çərçivəsində hesabat dövrü ərzində bir neçə aztəminatlı ailəyə maddi dəstək göstərilmiş, onların ehtiyaclarının qarşılanmasına yardım edilmişdir.
Yerli özünüidarəetmə orqanı olaraq, əhalinin problemlərinin operativ şəkildə həlli və ehtiyacı olan ailələrə dəstək göstərilməsi məqsədilə bu fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.
Eyni zamanda, bir sıra ödəyicilərinə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, bu dövr ərzində bələdiyyə büdcəsinə vergi öhdəliklərini yerinə yetirməyən 32 vergi ödəyicisi barəsində inzibati aktlar tərtib edilmiş və məcburi icra tədbirlərinin görülməsi məqsədilə aidiyyəti icra orqanına təqdim olunmuşdur.
Hesabat dövründə bələdiyyə büdcəsinə ümumilikdə 46.550 manat məbləğində vəsait daxil olmuşdur. Büdcə gəliri iki əsas istiqamətdən formalaşıb:
fiziki şəxslərdən torpaq vergisi – 11.314 manat;
fiziki şəxslərdən əmlak vergisi – 35.236 manat;
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər əsasən əməkhaqqına və DSMF ayırmalarına , habelə 41 faizi layihələrin icrasına (yəni təmir xərcləri, layihələrin icrası üçün təsərrüfat mallarının alınması, habelə digər layihələrin icrasına və sosial yardımlara ) xərclənib.
Sədr söhbət zamanı bildirdi ki, yerli özünüidarəetmə sahəsində şəffaflığın artırılması və hesabatlılığın təmin edilməsi məqsədilə bələdiyyə hesabatları inzibati ərazimizdə yaşayan vətəndaşlara elan, internet saytı və digər vasitələrlə çatdırılması təmin edilir. Bundan sonra da maliyyə vəsaitlərimizdən səmərəli istifadə olunmaqla bələdiyyə ərazisinin abadlaşdırılması, qəsəbə sakinlərinin məişət, sosial və mədəni tələbatlarının ödənilməsi istiqamətində zəruri tədbirlər həyata keçiriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy