Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-11-2025 , 20:02

774

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Balaxanı bələdiyyəsində Zəfər Günü münasibətilə bilik yarışması təşkil olunmuşdur

 

2 noyabr 2025-ci il tarixində, 8 Noyabr – Zəfər Günü münasibətilə Balaxanı Bələdiyyəsinin təşəbbüsü ilə Balaxanı qəsəbəsində yerləşən 4, 69 və 259 nömrəli tam orta məktəblərin V sinif şagirdləri arasında bilik yarışması keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbir iki hissədən ibarət olmuşdur:

- Rəsmi hissədə iştirakçılara bələdiyyələrin tarixi, fəaliyyət istiqamətləri, eləcə də Balaxanı Bələdiyyəsində yaradılmış Gender bərabərsizliyi və ailə-məişət zorakılığı ilə mübarizə komissiyasının fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Bununla yanaşı, Balaxanı Bələdiyyəsinin həyata keçirdiyi layihələr və görülmüş işlər barədə təqdimat nümayiş etdirilmişdir.

- İkinci hissədə isə məktəblilər arasında bilik yarışması təşkil olunmuşdur.

Yarışmanın yekununda 4 nömrəli tam orta məktəbin “Polad Həşimov” komandası qalib elan olunmuş, komanda üzvlərinə hədiyyələr və təltifnamələr təqdim edilmişdir. İkinci və üçüncü yerləri tutan iştirakçılar da müvafiq təltifnamələrlə mükafatlandırılmış, yarışmada yer tutmayan şagirdlərə isə iştiraka görə təşəkkürnamələr verilmişdir.

Tədbirdə müəllimlər, valideynlər  iştirak etmişdir. Balaxanı Bələdiyyəsinin gənclərin maarifləndirilməsi istiqamətindəki təşəbbüsü yüksək qiymətləndirilmişdir.

Balaxanı bələdiyyəsi




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Qəsəbə ahilları ziyarət olunub

Bakı
01-10-2025
1018

27 Sentyabr- Anım Günü...

Bakı
27-09-2025
1114