Balaxanı bələdiyyəsində Zəfər Günü münasibətilə bilik yarışması təşkil olunmuşdur
2 noyabr 2025-ci il tarixində, 8 Noyabr – Zəfər Günü münasibətilə Balaxanı Bələdiyyəsinin təşəbbüsü ilə Balaxanı qəsəbəsində yerləşən 4, 69 və 259 nömrəli tam orta məktəblərin V sinif şagirdləri arasında bilik yarışması keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsi ilə başlamışdır.
Tədbir iki hissədən ibarət olmuşdur:
- Rəsmi hissədə iştirakçılara bələdiyyələrin tarixi, fəaliyyət
istiqamətləri, eləcə də Balaxanı Bələdiyyəsində yaradılmış Gender bərabərsizliyi
və ailə-məişət zorakılığı ilə mübarizə komissiyasının fəaliyyəti haqqında geniş
məlumat verilmişdir. Bununla yanaşı, Balaxanı Bələdiyyəsinin həyata keçirdiyi
layihələr və görülmüş işlər barədə təqdimat nümayiş etdirilmişdir.
- İkinci hissədə isə məktəblilər arasında bilik yarışması təşkil
olunmuşdur.
Yarışmanın yekununda 4 nömrəli tam orta məktəbin “Polad Həşimov”
komandası qalib elan olunmuş, komanda üzvlərinə hədiyyələr və təltifnamələr təqdim
edilmişdir. İkinci və üçüncü yerləri tutan iştirakçılar da müvafiq təltifnamələrlə
mükafatlandırılmış, yarışmada yer tutmayan şagirdlərə isə iştiraka görə təşəkkürnamələr
verilmişdir.
Tədbirdə müəllimlər, valideynlər iştirak etmişdir. Balaxanı Bələdiyyəsinin gənclərin
maarifləndirilməsi istiqamətindəki təşəbbüsü yüksək qiymətləndirilmişdir.
Balaxanı bələdiyyəsi
Rəylər
0 Rəy