Emil Yusifov: “Çətinliklərə baxmayaraq bələdiyyəmiz seçicilərinə xidmətini davam etdirir”
“Bələdiyyənin əvvəlki illərdən yığlıb qalmış 51 minlik DSMF- və digər qurumlara olan borcunu bağlamışıq”-bu fikirləri Belediyye.infoya Suraxanı rayonu, Əmircan bələdiyyəsinin sədri Emil Yusifov deyib.
Sədrin sözlərinə görə, borcların BAMS-ın verdiyi imkanlardan
ciddi şəkildə istifadə etməklə bələdiyyənin vergi xidməti orqanının və
kollektivin birgə səyi ilə bağlanılması, nəticədə fəaliyyətimiz üçün geniş imkanlar yaradı. Məhz bu fəaliyyətin nəticəsidir
ki, ötən ilin on bir ayı ilə müqayisədə cari ildə yerli büdcə gəlirlərində 57 faizlik artım
müşahidə olunub.
İcra probasiya şöbəsi ilə əlaqələrin qurulması, BAMS
proqramında təkrar vergi ödəyicilərinin ləğvi ilə bağlı atılan addımlar, həmçinin
BAMS-ın verdiyi imkanlardan istifadə etməklə əldə olunan maliyyə vəsaiti
hesabına artıq bələdiyyə ərazisində növbəti ildən daha ciddi və irihəcmli layihələrin
icrasını nəzərdə tuturuq. Bələdiyyə iclasında büdcə layihəsinin təsdiq
edildiyini deyən sədr bələdiyyənin
hazırda dayanıqlı maliyyə mənbəyinin yaradılması istiqamətində fikir mübadiləsinin
aparıldığını bildirdi.
Sədr qeyd edib ki, indiki vaxtda bələdiyyənin üzərinə düşən əsas
vəzifə, həmçinin RİH-in yerlərdə həyata
keçirdiyi layihələrə sadəcə dəstək verməkdir.
Ərazimizdə sənədsiz əmlakın olması, üstəlik bələdiyyənin xəritəsinin
bu günədən verilməməsi fəaliyyətimizə ciddi problem yaradan amillərdəndir.
Ancaq bu çətinliklərə baxmayaraq bələdiyyəmiz fəaliyyətdədir, seçicilərinə xidmətini davam etdirir.
Belediyye.info
Rəylər
0 Rəy