Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-06-2025 , 22:19

1506

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Seymur Rəsulov: "İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir "

"15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir" Suraxanı rayonu Hövsan bələdiyyəsinin sədri Seymur Rəsulov deyib.

Sədr qeyd edib ki,  Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Həmin tarixi gündən bizi 32 illik zaman ayırır. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu.

Bu təməllərdən biri də bələdiyyə sistemidir.  Bu gün hər bir bələdiyyə üzvü və qulluqçusu Ulu öndərin yadigarlarından olan bələdiyyələrin inkişafına öz töhfəsini verməli və bu istiqamətdə çalışmalıdır. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yerin hər zaman görünəcək, dəyərli insan

Gündəlik Xəbərlər
31-03-2026
426