Gəncə şəhər Nizami Bələdiyyəsi “Heydər Əliyev- Xalqın ürəyində yaşayan lider” mövzusunda tədbir keçirib
Gəncə şəhər Nizami Bələdiyyəsi və Gəncə şəhər Heydər Əliyev Mərkəzi Ümummilli Lider Heydər
Əliyevin anım günü ilə əlaqədar “Heydər
Əliyev- Xalqın ürəyində yaşayan lider” mövzusunda tədbir keçirib.
Tədbirdə Gəncə şəhər Nizami bələdiyyəsinin sədri və əməkdaşları
iştirak ediblər. Tədbirdən əvvəl tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin
Xatirə Muzeyi ilə tanış olublar.
Tədbirdə Gəncə şəhər Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov,
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Mərkəzin
elmi işçisi Gülər Ellazova, Mərkəzin bələdçisi Könül Süleymanova və Nizami Bələdiyyəsi
Ümumi şöbənin müdiri Gülcahan Qəhrəmanova çıxış edərək qeyd ediblər ki, biz
müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın böyük oğlu, Ulu Öndər Heydər
Əliyev öz misilsiz xidmətləri, dövlətçilik ideyaları və müdrik siyasəti ilə Azərbaycan
tarixində silinməz iz qoymuş, ölkəmizin inkişaf istiqamətlərini müəyyən etmiş
böyük şəxsiyyətdir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata
keçirilmiş islahatlar, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli
birliyin təmin olunması Azərbaycanda sabitliyin, tərəqqinin və güclü dövlət
ideyasının əsasını formalaşdırdı.
Heydər Əliyevin zəngin irsi Azərbaycan xalqının qürur mənbəyidir
və gələcək nəsillərin milli düşüncəsinin formalaşmasında mühüm rol oynamaqda
davam edir.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev və
Azərbaycan xalqı onun xatirəsini daim yaddaşlarda yaşadacaqdır.
Sonda
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr
olunmuş qısa video çarxı nümayiş olunub..
Gəncə şəhər Nizami Bələdiyyəsi
Rəylər
0 Rəy