Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-08-2025 , 18:34

1742

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ziya Əhmədov: “Bu gün əsas məqsədimiz sakinlərə verdiyimiz sözü vaxtında tutmaqdır”

“ Hər bir vətəndaşın müraciətini diqqətdə saxlamaqla onun icrasının təmin edilməsi üçün var qüvvəmizlə çalışırıq”- bu fikirləri Belediyye.infoya Ağsu rayonu Bico bələdiyyəsinin sədri Ziya Əhmədov deyib.

Sədrin sözlərinə görə, bələdiyyə ərazisinə daxil olan Padarqışlaq kənd sakinlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Bico bələdiyyəsinin təşkilatçılığı ilə su kanallarının təmizlənməsi həyata keçirilmişdir. Dörd kilometr uzunluğunda olan kanal  Su-kanal idarəsinin təqdim etdiyi ekskovatorun dəstəyi ilə təmizlənmiş və bununla da  suyun axını sürətlənmişdir.

Sədr bildirib ki, bələdiyyənin həyata keçirdiyi bu layihənin icrasını sakinlər razılıqla qarşılamışlar.

Ziya Əhmədov hər bir layihənin icrasında vətəndaşların dəstəyinə ehtiyac olduğunu qeyd etmiş, həmçinin sədr vətəndaşlara bələdiyyənin əhatə etdiyi  kənd ərazisində aparılacaq abadlıq işləri üçün maliyyə dəstəyinin  onların ödəyəcəyi vergiyə bağlı olduğunu diqqətə çatdırmışdır.

Bu məqsədlə  vətəndaşların ödəməli olduqları torpaq, əmlak və digər vergilərin vaxtında ödənilməsi, bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsini tövsiyyə etmişdir.

Sədr qeyd edib ki, bu gün əsas məqsədimiz sakinlərə verdiyimiz sözü vaxtında tutmaqdır.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər