Muxax bələdiyyəsi yeni bir layihənin icrasına başladı
“Zəyəm kənd sakinlərinin müraciəti əsasında bələdiyə iclasının qərarı ilə kənddaxili ara yolların təmirinə başlanılıb”- bu fikirləri Belediyye.infoya Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri Elvin Yusubov deyib.
Sədr qeyd edib ki, ara yollarda təmir işləri tam
başa catana qədər davam etdiriləcəkdir. Əraziyə texnikalar cəlb olunub. Yollara
clnqıl daşınacaq, sonra yollarda qrederlə hamarlanma işləri görüləcəkdir.
Sədr
daha sonra qeyd edib: “Çalışırıq ki, bizə edilən müraciətlərə biganə qalmayaq və
vətəndaşlarımızın etimadını goğruldaq.”
Sonda isə vətəndaşlara müraciət edərək vergilərini vaxtında ödəmələrinin vacibliyini bildiririb: ”Siz vergiləri vaxtında ödəyin ki, biz də bələdiyyə ərazisində sizi maraqlandıran layihələri həyata kecirə bilək.”
Belediyye.info
Rəylər
0 Rəy