Sədr: “Bələdiyyənin əhatə etdiyi ərazidə yerli infrastruktur layihələrin icra olunması istiqamətində işlər davam etdirilir”
“Bu gün ölkəmiz inamla, nikbinliklə irəliyə doğru gedir. Ölkə qarşısında dayanan bütün vəzifələrin həlli üçün həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var. Bu dəstəkdə sözsüz ki, Şabran bələdiyyələrinin də öz töhfəsi var”- bu fikirləri Şabran rayonu, Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.
Sədrin sözlərinə görə, təsdiq edilmiş iş planında nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə aparılması və zəruri təşkilatı hazırlıq işlərinin görülməsi üçün bələdiyyə iclası keçirilmiş və istiqamətlər müəyyənləşdirilmişdir. Sonuncu rüb ərzində nəzərdə tutulmuş çoxşaxəli tədbirlərin böyük bir hissəsinin həyata keçirilməsi təmin edilmişdir.
Bələdiyyənin əhatə etdiyi ərazidə bu gün yerli infrastruktur layihələrin icra olunması istiqamətində işlər davam etdirilmiş, müəyyən edilmiş istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilməkdədir.
Bununla bağlı Əmirxanlı kəndinin məhəlli yollarına çınqıl daşın tökülərək yayıılması, Əmirxanlı kəndində kəndarası yolda boru qoydurmaqla yağış sularının axmasını təmin edilmiş, Çaraq, Təkyə, Hacı İskəndər kəndlərinə gedən yoların təmizlənməsi və abadlaşdırılması istiqamətində də addımlar atılmış, o cümlədən Ağbaş kəndinin yollarına çınqıl daşın tökülərək yayılması həyata keçirilmiş, Çaraq kəndinə gedən yoların təmizlənməsi, Kilvar, Mumlu, Xəlfələr və Zeyvə kəninin məhəlli yolların bərpası həyata keçirilmişdir.
Sonuncu rüb ərzində maliyyə imkanları çərçivəsində daha bir neçə irihəcmli layihələrin icrası nəzərdə tutulmuşdur.
Belediyye.info
Rəylər
0 Rəy