Əziz Zeynalov: “Əmlak vergisinin həcmində ümumilikdə 38 faizlik artım olub”
“BAMS-da tətbiq edilən yeniliklərdən hər bir bələdiyyə lazımı səviyyədə istifadə etmiş olsa əmlak vergisinin yığımında irəliləyişə nail ola bilər”- bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov bildirib.
Sədr
bildirib ki, son illərdə BAMS-ın ƏMDX məlumat sisteminə qoşulması, habelə SMS
xidmətinin tətbiq edilməsi nəticə etibari ilə Nəsimi bələdiyyəsinin büdcə gəlirlərinin
artımına əsaslı şəkildə təsir edib.
Belə
ki, əgər 2023-cü ilin səkkiz ayı ərzində 673.079 manat, 2024-cü ilin səkkiz ayı
ərzində 697.538 manat əldə edilmişdisə, cari ilin səkkiz ayı ərzində isə
1.125.852 manat əldə edilib.
Beləliklə,
səkkiz ay ərzində əmlak vergisinin həcmi
428.314 manat artıq vəsait əldə
olunub. Bu isə əmlak vergisinin həcmində ümumilikdə 38 faizlik artım deməkdir.
Bələdiyyənin
vergi xidməti ilin sonunadək daha 12 faizədək artımın olacağını nəzərdə tutur.
Ümumilikdə
isə cari ilin səkkiz ayı ərzində Nəsimi bələdiyyəsinin ümumilikdə 1.422.756
manat büdcə gəliri olub. Bunun da 267 min manatı mehmanxana rüsumundan, 23.830
manatı isə parkinq xidmətindən daxil olub.
Hazırda bələdiyyənin vergi xidməti mütəmadi olaraq vergi ödəyiciləri ilə görüşlər keçirməklə vergiləri vaxtında ödəməyin əhəmiyyəti barəsində söhbətlər aparır, izahatlar aparırlar.
Rəylər
0 Rəy