Daha bir deputat bələdiyyə sədri ilə birgə vətəndaş qəbulu keçirib
Qaradağ rayonu, Sahil bələdiyyəsinin inzibati binasında Milli Məclisin deputatı Aydın Hüseynovun Sahil bələdiyyəsinin sədri Ramil Hüseynli ilə birgə vətəndaş qəbulu keçirilib.
Görüşdə deputat köməkçisi, eləcə də bələdiyyənin icra aparatı əməkdaşları iştirak ediblər.
Vətəndaş qəbulunda qəsəbə sakinləri fəal iştirak edərək onları narahat edən sosial problemlərini hər iki seçkili orqanın təmsliçilərinin diqqətinə çatdırıblar.
Qəbul zamanı sakinlər əsasən yolların abadlaşdırılması, mülkiyyət hüquqlarının sənədləşdirilməsi, içməli su və qaz təchizatı ilə bağlı mövcud çətinliklər barədə müraciətlərini səsləndiriblər.
Millət vəkili Aydın Hüseynov vətəndaşların müraciətlərini diqqətlə dinləyərək hər bir məsələnin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını qeyd edib. Qəbulda Sahil Bələdiyyəsinin sədri Ramil Hüseynli bələdiyyənin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konkret addımların atılacağını xüsusilə bildirib.
Qəbul zamanı səsləndirilən müraciətlərin bir qismi yerindəcə izah və tövsiyələrlə cavablandırılıb, daha ətraflı araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara yönləndirilib.
Belediyye.info
Rəylər
0 Rəy