Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-05-2026 , 20:35

813

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Hüseynli: “1999-cu ildən tətbiq edilən tariflər bu günədək dəyişməz qalıb”


“Ay ərzində büdcə gəlirlərində kifayət qədər artıma nail ola bilmişik. Bələdiyyənin vergi xidməti  fəaliyyətini bu templə təşkil edərsə,hədəfimizə çatacağımıza inanırıq” - bu fikirləri Xəzər rayonu, Zirə bələdiyyəsinin sədri Anar Hüseynli deyib.

Sədr qeyd edib ki, əgər 2025-ci ilin  aprel ayında ümumilikdə 3. 666 manat büdcə gəliri olmuşdursa, cari ilin aprelində bu rəqəm dörd dəfəyədək artaraq 18.055 manata çatıb.

Belə ki, göründüyü kimi ötən il aprel ayı ilə müqayisədə artım 14.389 manata bərabər olub. Sədr daha sonra  əlavə edib ki, ötən il əldə olunan vəsaitin 2.115 manatı torpaq vergisindən,  1.551 manatı isə əmlak vergisindən daxil olmuşdursa, cari ildə müvafiq olaraq  15.961 manat torpaq vergisindən,  2.093  manat əmlak vergisindən daxil olub. Ən çox artım torpaq vergisindən daxil olub.

Etiraf edək ki, yerli vergilərin tarif dərəcələri çox aşağıdır. Hesab edin ki, bələdiyyələr formalaşdığı 1999 -cu ildən tətbiq edilən tariflər bu günədək dəyişməz qalıb. Hazırda bələdiyyənin vergi xidmətinin əməkdaşları   vergi-uçot sistemindəki mövcud boşluqları aradan qaldırmaqla, vergi ödəyiciləri barəsində məlumatları dəqiqləşdirməklə məşğuldur. Bununla yanaşı qeydiyyata düşməyən vergi ödəyiciləri barədə məlumatı BAMS proqramına yerləşdirməklə yanaşı, həm də növbəti ildən bildirişlərin onlayn qaydada paylaşılacağına ciddi hazırlıq gedir. Yaxın günlərdə prosesi başa çatdırmaqla artıq növbəti ilə hazırlıq işləri başa çatdırılacaqdır.  

Hazırda əldə edilən nailiyyəti uğur hesab etmək olar. Lakin hədəfimiz daha böyük büdcə gəlirləri əldə etməkdir.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
1196