Maştağa bələdiyyəsi tərəfindən şəhidin adını daşıyan daha bir küçədə abadlıq işləri aparılıb
Şəhidlərimizin əziz xatirəsi daim uca tutulur, onların ailələrinə diqqət və qayğı göstərilməsi Maştağa Bələdiyyəsinin fəaliyyətində xüsusi yer tutur.
Maştağa Bələdiyyəsinin 15 oktyabr 2026-cı il tarixli, 21
saylı iclas protokolunun icrası çərçivəsində 44 günlük Vətən müharibəsi şəhidi
Əliyev Bəhruz Elman oğlunun anasının müraciəti əsasında şəhidimizin ailə üzvlərinin
yaşadığı küçədə genişmiqyaslı abadlıq və yol təmiri işləri həyata keçirilib.
Bu fikirləri adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov
deyib.
Sədr daha sonra qeyd edib ki, görülən işlər çərçivəsində ərazidə
torpaq-hamarlama işləri aparılıb, yolun hərəkət üçün yararlı vəziyyətə gətirilməsi
və sakinlərin rahatlığının təmin olunması məqsədilə yeni asfalt örtüyü salınıb.
Nəticədə küçədə abadlıq işləri tam yekunlaşdırılıb.
Maştağa bələdiyyəsi qəsəbənin yol infrastrukturunun
yaxşılaşdırılması, yaşayış məntəqələrinin abadlaşdırılması və sakinlərin həyat
şəraitinin yüksəldilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam
etdirir.
Şəhidlərimizin bizə əmanət qoyduğu ailələrin müraciətlərinə həssaslıqla yanaşmaq və ehtiyaclarını imkanlar daxilində qarşılamaq hər birimizin mənəvi borcudur.
Rəylər
0 Rəy