Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-09-2025 , 20:47

996

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran bələdiyyəsində qəbul imtahanında 600-dən yuxarı bal toplayaabituriyentlərlə görüş keçirilib


 Bu gün Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva Ali məktəblərə qəbul imtahanında 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərən abituriyentlərlə görüş keçirib. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Görüş zamanı bildirilib ki,  ölkəmizin gələcəyi bilikli, savadlı və intellektual gənclərin yetişməsindən asılıdır. Yüksək nəticə göstərən abituriyentlər gənc nəslin elmə, təhsilə olan marağının və zəhmətinin bariz nümunəsi kimi qiymətləndirilib.

Bələdiyyə sədri çıxışı zamanı vurğulayıb ki, əldə olunan bu uğurlar həm ailələrin, həm müəllimlərin, həm də ümumilikdə rayon ictimaiyyətinin böyük qürur mənbəyidir.

Eyni zamanda qeyd edilib ki, tələbə adını qazanan hər bir gənc qarşıdakı illərdə ölkəmizin inkişafında fəal iştirak etməli, bilik və bacarıqları ilə Vətənə xidmət göstərməlidir. Bu günkü nailiyyətlər onların gələcək uğurları üçün möhkəm təməl hesab olunur.

Sonda  F. Fərzəliyeva abituriyentləri səmimi qəlbdən təbrik edib, onlara təhsil yollarında uğurlar arzulayıb və gənclərin hər zaman dəstəklənəcəyini diqqətə çatdırıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər