Tünzalə Qardaşova: “Şəhid ailələrinə göstərilən qayğı dövlətimizin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir”
“Masallı rayonu Boradigah bələdiyyəsi və Boradigah ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş igid şəhidlərimizin valideynlərini ziyarət etmişlər”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Tünzalə Qardaşova deyib.
Sədrin
sözlərinə görə, görüşlər zamanı ailələrin mövcud vəziyyəti ilə maraqlanılmış,
gündəlik həyatlarında qarşılaşdıqları çətinliklər dinlənilmişdir.
Sədr
qeyd edib ki, şəhid ailələrinə göstərilən qayğı dövlətimizin həyata keçirdiyi
siyasətin əsas istiqamətlərindən biridir. Boradigah bələdiyyəsi olaraq
biz də bu siyasətin davamı olaraq şəhid ailələrinin hər zaman yanındayıq və
onların ehtiyaclarının ödənilməsi üçün bütün imkanlardan istifadə edəcəyik. Bu
istiqamətdə mütəmadi görüşlərin keçirilməsi nəzərdə tutulur.
Belediyye.info
Rəylər
0 Rəy