Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-10-2025 , 23:54

1213

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Atabala Şeydayev:Bir sənədə yeddi dəfə imtina cavabının verilməsi nə deməkdir”

Şabran rayonuna səfərim çərçivəsində, həmçinin  Pirəbədil  bələdiyyəsində oldum. Bələdiyyənin inzibati binasının bu kənddə olduğunu düşünsəmdə, 38 kəndi əhatə edən bələdiyyənin inzibati binası  hər bir kəndə təxminən  orta məsafədə yerləşən  Taxtalar kəndində imiş. Pirəbədildən sonra üçüncü kənd məhz Taxtalar idi. Kəndə çatıb, bələdiyyənin inzibati binasına daxil oluram. Hər kəs iş başında idi.

Danılmaz bir faktdır ki, Şabran rayonunun qədim və zəngin  tarixə  sahib olması, bu xüsusda Pirəbədil kəndinin özünəməxsus yer tutması həm kəndin çəkisini, həm də bələdiyyənin üzərinə düşən məsuliyyət yükünü bir xeyli artırıb.

Əlavə edim ki, bələdiyyənin inzibati binasında hər bir bələdiyyənin üzv və qulluqçusunun fəaliyyəti üçün şərait yaradılması təqdirəlayiq bir haldır.  Sədrin təşəbbüsü və bələdiyyə iclasının qərarı ilə bina əsaslı şəkildə təmir olunub. Binada istilik sistemi ilə yanaşı, diqqəti çəkən əsas məqam Şabran şəhidləri ilə bağlı stendin olması idi.

İlkin müşahidəmdən belə qənaətə gələ bilərəm ki, birləşdirmədən sonra  az vaxt keçsə də Pirəbədil bələdiyyəsi həm  inzibati binada, həm də ərazidə maraqlı layihələrə imza atıb.

Beləliklə, bələdiyyə sədri Atabala Şeydayevin,  bələdiyyə müəssisəsinin direktoru  Fərid Məmmədovun, kargüzar Şəkər Əmiraslanovanın, vergi agenti Emin  Sultanlının, bələdiyyənin mühasibi Mübariz Aslanovun və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə görüş başlayır.

***

Bələdiyyə sədri Atabala Şeydayev çıxışında bələdiyyənin fəaliyyəti və üzləşdiyi çətinliklərə geniş yer verir. Bəzi məqamları oxucuların da diqqətinə çatdırıram:

-Bələdiyyənin uğur qazanması üçün  üzv və qulluçuların hər biri bir nöqtəni vurmalı, hər biri bələdiyyənin inkişafına öz dəstəyini göstərməlidir. Belə olan halda hər bir bələdiyyənin uğur qazanması göz önündə olacaqdır.

Bu gün Pirəbədil  bələdiyyəsinin 13 nəfər üzvü və 17 nəfər qulluqçusu var.  İrili-xırdalı 38 kəndi əfatə edən bələdiyyənin ərazisində 10 min nəfərdən artıq sakin yaşayır. Bələdiyyə böyük bir ərazini əhatə edir. Bu kəndlərin vətəndaşlarını dinləmək, onların üzləşdiyi problemlərin həlli ilə bağlı addım atmaq Pirəbədil bələdiyyəsinin üzərinə düşür. Bu gün bizim üzərimizə düşən bu məsuliyyət yükünü hiss edir, hər bir müraciəti diqqətdə saxlayır və həlli ilə  bağlı addımlar atırıq. Kəndlərə küçə işıqlarının çəkilməsi, kəndarası yollara çınqılın tökülərək yayılması ötən müddət ərzində həyata keçirilmiş və ilin sonunadək hava şəraiti imkan verdikcə bu proses davam edəcəkdir.

Bu gün bələdiyyənin əsas vəzifələrindən biri də şəhid və qazi ailələrinin müraciətlərini diqqət saxlamaqdır.

Ancaq həyata keçirilən hər bir layihə sonda maliyyə vəsaiti tələb edir. Odur ki, bu gün vergi xidmətinin əsas vəzifəsi həm vergi toplamaq,  həm də borclu vətəndaşlarla görüşlər keçirərək izahat işlərini aparmaq, habelə BAMS-ın verdiyi imkandan layiqincə yararlanmağa çalışmaqdır. Etiraf edək ki,  BAMS-da tətbiq edilən yeniliklərin, istər SMS xidmətinin tətbiqi, istərsə də BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsi Pirəbədil bələdiyyəsinin büdcə gəlirlərinin artımına öz müsbət təsirini göstərməkdədir.

Bununla yanaşı bələdiyyənin inkişafı həm də dayanıqlı maliyyə mənbəyinin yaradılmasından asılıdır. Çətin də olsa biz “Uğur Pirəbədil” MMC -nı təsis etmişik. Artıq MMC fəaliyyətdədir və ilk uğurlara imza atıb.

Ancaq bələdiyyənin gündəlik fəaliyyətində bir sıra problemlərlə üz-üzə qalmağımız, nəticədə fəaliyyətimizə ciddi şəkildə təsir edir.

Şəhid və qazi ailələrinin müraciəti əsasında qanunvericilik çərçivəsində bir dəfə həyətyanı torpaq sahəsi pulsuz şəkildə verilir. Təəssüf ki, bu prosesin icrasında ciddi problemlərlə üz-üzə qalırıq. Biz bələdiyyə olaraq pulsuz şəkildə təqdim etdiyimiz torpaq sahəsinin sənədləşdirmə işlərinin müxtəlif səbəblərdən yubadılması, üstəlik rüsum tələb edilməsi, həssas qrupa aid insanlarla-  bələdiyyə arasında narazılığı artırır.  Bələdiyyə olaraq bu prosesin niyə yubandığını  bəzən izah verə bilmədiyimizdən çox narahatlıq keçiririk.

Bununla yanaşı ərazimizdə sənədsiz əmlakın kifayət qədər olması nəticədə ümumi büdcə gəlirində əmlak vergisinin səviyyəsini aşağı salır.

Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi ilə bağlı  qiymətin müəyyən edilməsində Qiymətləndirmə palatasının üzv olan MMC-nin müəyyən etdiyi qiymətlərin ƏMDX tərəfindən birmənalı olaraq qəbul edilməməsi səbəbindən bəzən göndərilən müraciətlərə ard-arda imtina verilməsi bələdiyyənin fəaliyyətini iflic vəziyyətə salır. Əgər qanunvericilikdə dəyişiklik edilib, qiymətləndirmə ilə bağlı məsələlər müəyyən edilirsə, onun icrasını təmin  etmək əvəzinə problemin yaradılması konkret olaraq başa düşülən deyil. Bir sənədə yeddi dəfə imtina cavabının verilməsi nə deməkdir...

***

Sədr görüşdə bir çox mətləblərə də aydınlıq gətirdi. Məqsəd geniş bir ərazidə bələdiyyə tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsidir.

Görüşdə iştirak edənlər, o cümlədən  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli müzakirə edilən məsələlər ətrafında öz fikir və mülahizələrini bildiriblər.

***

Beləliklə, daha bir bələdiyyədə, özü də ucqar bir bələdiyyədə görüşüm başa çatdı.

Düşünürəm ki, zəngin tarixə və təbiətə malik bir bələdiyyənin ərazisində həmdə kənd türizminin inkişafına diqqət yetirilıməsi və ərazinin turizm marşrutlarına salınması  bələdiyyə büdcəsinə əlavə maliyyə vəsaitinin daxil olmasına şərait yaratmış olar. Ancaq bu işdə müvafiq qurumlar da bələdiyyəyə öz dəstəyini unutmamalıdır.   

Bələdiyyənin kollektivinə uğurlar arzulayıb şəhərə qaydıram. İnanıram ki, az vaxt ərzində bir sıra ciddi layihələrin icrasına imza atan Pirəbədil bələdiyyəsi qarşısına qoyduğu məqsədə çatmaq üçün ciddi şəkildə fəaliyyətini bundan sonra davam etdirəcəkdir.

Belediyye.info

Rəylər

2 Rəy

Məmmədov Xaqani Comərd oğlu

30-10-2025, 1 ay əvvəl

Uğurlar

Cavabla

Sevil

01-11-2025, 1 ay əvvəl

Qaz xətinin çəkilməsi üçün evin sənədlərini təqdim etçəyimizi istəyirlər, bizdə təbii olaraq gedirik bələdiyəyə ki sənədləşməmizi edək kamunalarımız düzəlsin amma gəlki işlər gecikir, səbəbi isə Atabala müəlimində dediyi atqazlardır. Mövsüm artıq qış fəsli olur odun gətirməyə imkan yoxdur amma kamunalımızın düzəlməsi üçün isə sənədləşmə lazımdır. Belə baxıram bu qışda körpə uşaqlar, xəstələr isinə bilməyəcək.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər