Atabala Şeydayev: “Bir sənədə yeddi dəfə imtina cavabının verilməsi nə deməkdir”
Şabran rayonuna səfərim çərçivəsində, həmçinin Pirəbədil bələdiyyəsində oldum. Bələdiyyənin inzibati binasının bu kənddə olduğunu düşünsəmdə, 38 kəndi əhatə edən bələdiyyənin inzibati binası hər bir kəndə təxminən orta məsafədə yerləşən Taxtalar kəndində imiş. Pirəbədildən sonra üçüncü kənd məhz Taxtalar idi. Kəndə çatıb, bələdiyyənin inzibati binasına daxil oluram. Hər kəs iş başında idi.
Danılmaz
bir faktdır ki, Şabran rayonunun qədim və zəngin tarixə
sahib olması, bu xüsusda Pirəbədil kəndinin özünəməxsus yer tutması həm
kəndin çəkisini, həm də bələdiyyənin üzərinə düşən məsuliyyət yükünü bir xeyli artırıb.
Əlavə edim
ki, bələdiyyənin inzibati binasında hər bir bələdiyyənin üzv və qulluqçusunun fəaliyyəti
üçün şərait yaradılması təqdirəlayiq bir haldır. Sədrin təşəbbüsü və bələdiyyə iclasının qərarı
ilə bina əsaslı şəkildə təmir olunub. Binada istilik sistemi ilə yanaşı, diqqəti
çəkən əsas məqam Şabran şəhidləri ilə bağlı stendin olması idi.
İlkin
müşahidəmdən belə qənaətə gələ bilərəm ki, birləşdirmədən sonra az vaxt keçsə də Pirəbədil bələdiyyəsi həm inzibati binada, həm də ərazidə maraqlı layihələrə
imza atıb.
Beləliklə,
bələdiyyə sədri Atabala Şeydayevin, bələdiyyə
müəssisəsinin direktoru Fərid Məmmədovun,
kargüzar Şəkər Əmiraslanovanın, vergi agenti Emin Sultanlının, bələdiyyənin mühasibi Mübariz Aslanovun
və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar
Tofiqlinin iştirakı ilə görüş başlayır.
***
Bələdiyyə sədri
Atabala Şeydayev çıxışında bələdiyyənin fəaliyyəti və üzləşdiyi çətinliklərə geniş
yer verir. Bəzi məqamları oxucuların da diqqətinə çatdırıram:
-Bələdiyyənin
uğur qazanması üçün üzv və qulluçuların
hər biri bir nöqtəni vurmalı, hər biri bələdiyyənin inkişafına öz dəstəyini
göstərməlidir. Belə olan halda hər bir bələdiyyənin uğur qazanması göz önündə
olacaqdır.
Bu gün Pirəbədil
bələdiyyəsinin 13 nəfər üzvü və 17 nəfər
qulluqçusu var. İrili-xırdalı 38 kəndi əfatə
edən bələdiyyənin ərazisində 10 min nəfərdən artıq sakin yaşayır. Bələdiyyə böyük
bir ərazini əhatə edir. Bu kəndlərin vətəndaşlarını dinləmək, onların üzləşdiyi
problemlərin həlli ilə bağlı addım atmaq Pirəbədil bələdiyyəsinin üzərinə düşür.
Bu gün bizim üzərimizə düşən bu məsuliyyət yükünü hiss edir, hər bir müraciəti
diqqətdə saxlayır və həlli ilə bağlı addımlar
atırıq. Kəndlərə küçə işıqlarının çəkilməsi, kəndarası yollara çınqılın tökülərək
yayılması ötən müddət ərzində həyata keçirilmiş və ilin sonunadək hava şəraiti
imkan verdikcə bu proses davam edəcəkdir.
Bu gün bələdiyyənin
əsas vəzifələrindən biri də şəhid və qazi ailələrinin müraciətlərini diqqət saxlamaqdır.
Ancaq həyata
keçirilən hər bir layihə sonda maliyyə vəsaiti tələb edir. Odur ki, bu gün
vergi xidmətinin əsas vəzifəsi həm vergi toplamaq, həm də borclu vətəndaşlarla görüşlər keçirərək
izahat işlərini aparmaq, habelə BAMS-ın verdiyi imkandan layiqincə yararlanmağa
çalışmaqdır. Etiraf edək ki, BAMS-da tətbiq edilən yeniliklərin, istər
SMS xidmətinin tətbiqi, istərsə də BAMS-ın ƏMDX-nin məlumat sisteminə
inteqrasiya edilməsi Pirəbədil bələdiyyəsinin büdcə gəlirlərinin artımına öz
müsbət təsirini göstərməkdədir.
Bununla yanaşı bələdiyyənin inkişafı həm də
dayanıqlı maliyyə mənbəyinin yaradılmasından asılıdır. Çətin də olsa biz “Uğur
Pirəbədil” MMC -nı təsis etmişik. Artıq MMC fəaliyyətdədir və ilk uğurlara imza
atıb.
Ancaq bələdiyyənin gündəlik fəaliyyətində bir sıra
problemlərlə üz-üzə qalmağımız, nəticədə fəaliyyətimizə ciddi şəkildə təsir
edir.
Şəhid və qazi ailələrinin müraciəti əsasında
qanunvericilik çərçivəsində bir dəfə həyətyanı torpaq sahəsi pulsuz şəkildə
verilir. Təəssüf ki, bu prosesin icrasında ciddi problemlərlə üz-üzə qalırıq. Biz
bələdiyyə olaraq pulsuz şəkildə təqdim etdiyimiz torpaq sahəsinin sənədləşdirmə
işlərinin müxtəlif səbəblərdən yubadılması, üstəlik rüsum tələb edilməsi, həssas
qrupa aid insanlarla- bələdiyyə arasında
narazılığı artırır. Bələdiyyə olaraq bu
prosesin niyə yubandığını bəzən izah verə
bilmədiyimizdən çox narahatlıq keçiririk.
Bununla yanaşı ərazimizdə sənədsiz əmlakın kifayət
qədər olması nəticədə ümumi büdcə gəlirində əmlak vergisinin səviyyəsini aşağı salır.
Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi ilə
bağlı qiymətin müəyyən edilməsində Qiymətləndirmə
palatasının üzv olan MMC-nin müəyyən etdiyi qiymətlərin ƏMDX tərəfindən birmənalı
olaraq qəbul edilməməsi səbəbindən bəzən göndərilən müraciətlərə ard-arda
imtina verilməsi bələdiyyənin fəaliyyətini iflic vəziyyətə salır. Əgər qanunvericilikdə
dəyişiklik edilib, qiymətləndirmə ilə bağlı məsələlər müəyyən edilirsə, onun
icrasını təmin etmək əvəzinə problemin
yaradılması konkret olaraq başa düşülən deyil. Bir sənədə yeddi dəfə imtina
cavabının verilməsi nə deməkdir...
***
Sədr görüşdə bir çox mətləblərə də aydınlıq gətirdi.
Məqsəd geniş bir ərazidə bələdiyyə tərəfindən vətəndaş məmnunluğunun təmin
edilməsidir.
Görüşdə iştirak edənlər, o cümlədən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar
Tofiqli müzakirə edilən məsələlər ətrafında öz fikir və mülahizələrini bildiriblər.
***
Beləliklə,
daha bir bələdiyyədə, özü də ucqar bir bələdiyyədə görüşüm başa çatdı.
Düşünürəm
ki, zəngin tarixə və təbiətə malik bir bələdiyyənin ərazisində həmdə kənd
türizminin inkişafına diqqət yetirilıməsi və ərazinin turizm marşrutlarına
salınması bələdiyyə büdcəsinə əlavə
maliyyə vəsaitinin daxil olmasına şərait yaratmış olar. Ancaq bu işdə müvafiq
qurumlar da bələdiyyəyə öz dəstəyini unutmamalıdır.
Bələdiyyənin
kollektivinə uğurlar arzulayıb şəhərə qaydıram. İnanıram ki, az vaxt ərzində
bir sıra ciddi layihələrin icrasına imza atan Pirəbədil bələdiyyəsi qarşısına
qoyduğu məqsədə çatmaq üçün ciddi şəkildə fəaliyyətini bundan sonra davam etdirəcəkdir.
Belediyye.info
Rəylər
2 Rəy
Məmmədov Xaqani Comərd oğlu
30-10-2025, 1 ay əvvəl
Uğurlar
CavablaSevil
01-11-2025, 1 ay əvvəl
Qaz xətinin çəkilməsi üçün evin sənədlərini təqdim etçəyimizi istəyirlər, bizdə təbii olaraq gedirik bələdiyəyə ki sənədləşməmizi edək kamunalarımız düzəlsin amma gəlki işlər gecikir, səbəbi isə Atabala müəlimində dediyi atqazlardır. Mövsüm artıq qış fəsli olur odun gətirməyə imkan yoxdur amma kamunalımızın düzəlməsi üçün isə sənədləşmə lazımdır. Belə baxıram bu qışda körpə uşaqlar, xəstələr isinə bilməyəcək.
Cavabla