Rauf Hüseynov: “Bu gün ziyarətində olduğumuz ailə ənənələrə və ailə dəyərlərinə sahib olmağın xoşbəxtliyini yaşayırlar”
“Bu gün Quba rayon Aşağı Tüləkəran kənd sakini Bayramşah Mehyəddinovu və Əntiqə Mehyəddinovu ziyarət etdik”- bu sözləri Belediyye.infoya adıçəkilən rayonun Tüləkəran bələdiyyəsinin sədri Rauf Hüseynov deyib.
Sədr
qeyd edib ki, Bayramşah Mehyəddinov uzun müddət sovxozda briqadir, poçt rəisi və digər məsul vəzifələrdə
çalışmışdır. Hər zaman öz peşəsinin öhdəsindən layiqincə gəlmiş və ətrafındakılara
daima örnək olmuşdur.
Lakin
bu günkü ziyarətimiz tamamilə fərqli mövzudadır. Belə ki keçdiyimiz günlərdə
Bayramşah Mehyədinov və Əntiqə Mehyəddinovun ailə həyatı qurmasının 60 illiyi
tamam olub. 5 övlad böyüdüb boya başa çatdıran yubliyarlarımız kəndin nümunəvi
ailələrdən hesab olunur. Bu gün ziyarətində olduğumuz ailə ənənələrinə və ailə
dəyərlərinə sahib olmağın xoşbəxtliyini yaşayırlar. Ailə insitutunun, Azərbaycan
ailə dəyərlərinin qorunmasında belə ailələrin qorunması, öz tövsiyyə və məsləhətlərinin
gənc nəsillər arasında təbliğ və təqdir olunması vacibdir.
Biz də Tüləkəran bələdiyyəsinin kollektivi olaraq yubliyarlara uzun ömür, can sağlığı və ailə həyatlarının yüz illiklərini qeyd etmələrini arzu edirik.
Belediyye.info
Rəylər
0 Rəy